Azərbaycanda dövlət sektorunda özəl sektordan daha çox insan çalışır
Azərbaycanda işsizlik 5,5% təşkil edib.2023-cü il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 244,5 min nəfər olmuş, onlardan 4 milyon 957,1 min nəfərini məşğul, 287,4 nəfərini (5,5%-ni) işsiz əhali təşkil etmişdir.
Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 706,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,7 min nəfər, qeyri-dövlət sektorunda isə 818,9 min nəfər təşkil etmişdir.
2023-cü il oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 230,5 min nəfər olmuş, onların 37,4 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437,3 manat olmuşdur
İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1675,1 min nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,3 faizi emal sənayesində, 6,4 faizi tikintidə, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























