AZAL-ın mayası qalmayıb - KAPİTALINDA 772 MİLYONLUQ KƏSİR
"Azərbaycan Hava Holları" QSC (AZAL) ötən il zərərdən mənfəətə keçsə də, böyük məbləğdə yığılmış zərərə və mənfi kapitala malik olmaqda davam edir.
Marja.az-ın məlumatına görə, 31 dekabr 2022-ci il tarixində AZAL 1 milyard 767 milyon 498 min manat yığılmış zərərə malik olub. Dövlət aviaşirkəti 2021-ci ilin sonunda 1 milyard 882 milyon 634 min manat yığılmış zərərə malik idi. Ötən il yığılmış zərərin 115 milyon 136 min manat azalması əsasən 2022-ci ilin xalis mənfəətilə əlaqədardır.
AZAL-ın yığılmış zərəri onun 823 milyon 975 min manat səhmdar kapitalını (mayasını) və 171 milyon 258 min manat əlavə ödənilmiş kapitalını silib və 31 dekabr 2022-ci il tarixində mənfi 772 milyon 265 min manat kapitala malik olub.
Xəbər verdiyimiz kimi, "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2022-ci ili 110 milyon 620 min manat xalis mənfəət ilə başa vurub. Dövlət aviaşirkəti 2021-ci ili 67 milyon 547 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il AZAL zərərdən mənfəətə keçib. AZAL-ın xalis zərəri 2019-cu ili 78 milyon 770 min manat, 2020-ci ili isə 76 milyon 415 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 d. əvvəl
-
- 7 d. əvvəl
-
10 d. əvvəl
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“Azərlotereya”da yeni təyinat
Azərbaycan neftinin son qiyməti
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Ən çox oxunanlar
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
























