Pfizer zərər ilə üzləşib
ABŞ-ın əczaçılıq şirkəti Pfizer, Covid-19 ilə əlaqədar məhsullarına tələbatın azalması səbəbindən bu ilin üçüncü rübündə 2,38 milyard dollar zərər etdiyini açıqlayıb.
Marja.az Pfizer-in balans hesabatına istinadən xəbər verir ki, şirkətin gəlirləri bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz azalaraq 13,2 milyard dollara düşüb. Ötən ilin üçüncü rübündə Pfizer-in gəliri 22,6 milyard dollar olmuşdu.
Ötən ilin üçüncü rübündə 8,6 milyard dollar mənfəət əldə edən şirkət bu ilin eyni dövründə 2,38 milyard dollar zərər edib.
Pfizer-in bu dövrdə səhmbaşına zərəri 42 sent olub. Şirkət ötən ilin üçüncü rübündə hər səhmə görə 1,51 dollar mənfəət elan etmişdi.
Şirkətin Covid-19 peyvəndi satışından əldə etdiyi gəlir bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 70 faiz, Covid-19-a qarşı hazırlanmış “Paxlovid” adlı həbin satışı isə 97 faiz azalıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 13 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
21 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)






.jpg)






