SOCAR İstiqrazlarının 8-ci kupon ödənişi edilib
“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faiz gəlirləriləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 8-ci faiz ödənişi 1 noyabr 2023-cü il tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
Bakı Fond Birjasında yerləşdirildiyi 2 illik müddət ərzində ən çox investisiya edilən korporativ qiymətli kağıza çevrilənmiş SOCAR İstiqrazları səkkizinci 8-ci kupon ödənişi nəticəsində sahiblərinə 1 milyon 125 min ABŞ dolları gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 9 milyon ABŞ dollarına yüksəlib. (5 ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcəkdir.)
Təkrar bazar əməliyyatları həcminin 40 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 600-ə yüksəlməsi və ən çox ticarət olunan korporativ maliyyə aləti statusunu davam etdirməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycanda qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1000 ABŞ dolları) aşağı düşməyib.
SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 fevral 2024-cü il tarixində baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)







