"Bu "şar"ın partlaması hamı üçün pis olacaq"
Greenspan "istiqraz şarı" xəbərdarlığı edib
Keçmiş Fed sədri Alan Greenspan, səhmlərdə ucuzlaşma gözləntisi içərisində olanların istiqraz qiymətləri barədə narahat olmalarının daha yaxşı olacağını bildirib.
"Marja" xəbər verir ki, Greenspan-a görə, istiqraz bazarında "şar" yaranıb və bu "şar"ın partlaması hamı üçün "pis" olacaq.
"Hər cəhətdən, uzunmüddətli faizlər (Mərkəzi Bankın faizləri) həddindən artıq aşağıdır və davam etdirilə bilinməz. Faizlər qalxdıqları zaman sürətli bir hərəkət olacaq. Səhmlərin qiymətlərində deyil, istiqraz qiymətlərində bir "şar"ın içərisindəyik" deyib.
Qeyd edək ki, başda ABŞ Mərkəzi Bankı Fed olmaqla bir sıra mərkəzi banklar iqtisadiyyatı canlandırmaq üçün, aşağı faiz və təşviq siyasətləri çərçivəsində trilyonlarla dollar qiymətli kağılzar alıblar. Alışların artması istiqraz qiymətlərini yüksəldib.
Greenspan mərkəzi banklarının monetar genişlənmə (QE -monetar təşviq) dövrünün başa çatması ilə faizlərin sürətlə yüksələcəyi xəbərdarlığını edən tək şəxs deyil. "Deutsche Bank AG"dən Binky Chadha, ABŞ xəzinə istiqrazlarının real faizlərinin iqtisadi inkişafın işarə etdiyi səviyyədən çox aşağı olduğunu bildirmişdi. "RBC Capital Markets"in baş iqtisadçılarından Tom Porcelli, inflyasiya təzyiqlərinin istiqraz bazarını vurmasının an məsələsi olduğu barədə xəbərdarlıq edib.
"Aşağı iqtisadi artım və yüksələn inflyasiya" -Keçmiş Fed Sədri Alan Greenspan-a görə ABŞ iqtisadiyyatını gözləyən vəziyyət budur.
Greenspan, Bloomberg-ə verdiyi müsahibədə bildirib ki, əslində inflyasiyanın yüksəlməsi iqtisadi atıma təkan verməlidir. Hazırda ABŞ-da isə inflyasiya yüksəldikcə iqtisadi artım aşağı düşür. Başqa sözlə,üfüqdə staqflyasiya görünür və bu ABŞ iqtisadiyyatı üçün yaxşı xəbər deyil.
Staqflyasiya - Milli istehsalın ciddi şəkildə aşağı düşməsi nəticəsində makroiqtisadi qeyri-tarazlıq, o cümlədən yüksək işsizlik və inflyasiya səviyyəsi ilə müşahidə olunan iqtisadi durum, vəziyyət.
Staqflyasiya baş verən zaman ölkədə həm iqtisadi durğunluq, həm də qiymətlərin qalxması müşahidə edilir. Staqflyasiya, yəni durğunluq və inflyasiyanın birləşməsi anlamına gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
8 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 11 d. əvvəl
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 34 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)








.jpg)








