Unibank Mobile-dan yeni kampaniya
Artıq Unibank Mobile-da kartlar arasında aparılan əməliyyatlar 0% komissiyalı oldu. Kampaniya çərçivəsində Unibankın Mobil bankinq xidmətində card to card əməliyyatları (kredit xəttindən istifadə istisna olmaqla) komissiyasız olacaq. Unibank Mobile-la banka depozit qoyuluşu da indi çox cəlbedicidir. Yanvarın 7-dək “Unibank Mobile”-dan manat valyutasında açılan “Müddətli” əmanətlərə müddətin sonunda + 0,3% əlavə faiz hədiyyə hesablanacaq.
Ölkə banklarının mobil əlavələrinin istifadəçi sayının müqayisəsi göstərir ki, ən çox yüklənən mobil əlavə Unibank Mobile-dır. Unibank Mobile istifadəçilərinin sayı artıq on minlərlədir. Unibank Mobile “Deloitte & Touche LLC” şirkəti tərəfindən də 2016-cı il üçün MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub.
Unibank Mobile hansı imkanları yaradır?
-Bütün hesablarınıza onlayn şəkildə nəzarət etmək;
-Telefonunuzun kitabçasında qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etmək;
-Unibank-dakı bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması - bunlar hamısı bir kliklə mümkündür;
-Olduğunuz yerdən kommunal, internet , kabel tv , kredit - istədiyiniz ödənişi həyata keçirin;
-Aylıq ödənişlərinizi sistemə avtomatik ödənişlər siyahisina daxil edin və bu ödənişlər təyin etdiyiniz vaxtda avtomatik keçirilsin;
-Unibank Mobile əlavəsi sizə həmçinin depozit və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərinizlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilərsiniz.
Siz Unibank Mobile-ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.
Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz smartfonunuza Unibankın mobil bank xidmətini bu linkindənhttp://onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank Mobile –asan, sürətli və təhlükəsiz!
Unibank-hər kəsin bankı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 saat əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
1 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
1 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 2 gün əvvəl
-
2 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
3 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
























