İtaliyanın lüks avtomobil markasının yenidən Bakıda salonu açıldı
(®) Maserati, 2 Noyabr tarixində Bakıda yeni diler mərkəzi olan “Grand Automotive Azerbaijan”-ın açılışını elan edib.
Maserati (loqotipi – üç başlı əsa) lüks avtomobil bazarında şirkətin böyümə təşəbbüsünü dəstəkləmək məqsədilə yeni xüsusi Satış və Xidmət mərkəzi açacaq.
Maserati-nin İtaliyan lüks avtomobil istehsalındakı məharətini və ustalığını ifadə etmək məqsədi daşıyan innovativ pərakəndə satış konsepsiyası dərzi emalatxanası olan sartoriyanın zərifliyini bir officina (Müştərilərə dəbdəbəli idman avtomobili ilə bağlı fərdiləşdirilmiş istəklərini həyata keçirmək üçün yaradıcı ehtiraslarını ortaya qoymağa imkan verən atelye) saflığı ilə birləşdirir.
Bakının ən müasir və bənzərsiz ərazilərindən birində yerləşən sərgi salonunun (şourum) açılışı Maserati üçün Azərbaycanda yeni dövrün başlamasına işarə edəcək və brendin müştəriyə yenilikçi təcrübə yaşatmaq üçün tərtib edilmiş yeni dilerlik konsepsiyasına ev sahibliyi edəcək. İtalyan lüks brendinin ehtirasını, yenilikçiliyini və sənətkarlığını özündə birləşdirən yeni korporativ kimliyə uyğun olaraq dizayn edilmiş məkan satış öncəsi, satış zamanı və satışdan sonra müştərilərə çox istiqamətli təcrübə təklif etmək üçün yaradılmışdır.
Maserati-nin Şərqi Avropa üzrə Baş Direktoru, Marco Spadaro: “Azərbaycandakı bu yeni açılış Maserati tarixinə daha bir uğurlu səhifə kimi yazılacaq. Azərbaycanlı müştərilərimizə eksklüziv məhsul çeşidimizi təqdim etmək imkanına sahib olmağımızla qürur duyuruq.”
“Bu eksklüziv avtosalonun Bakıda açılması Maserati brendinin təmsilçiliyinin böyük uğurunu və Ukrayna Avtomobil Korporasiyasının (UkrAVTO Korporasiyası) çoxillik təcrübəsini əks etdirir. Bütün yeni brend məhsulların satışı, yüksək keyfiyyətli avtomobil xidmətinin göstərilməsi və hər zaman əlçatan olan ekspertlər komandası sayəsində birgə inkişafın mükafatını almağı səbirsizliklə gözləyirik” - deyə UkrAVTO Korporasiyasının Nəqliyyat vasitələrinin satışı, marketinqi, sənaye layihələri və satış şəbəkəsinin inkişafı İdarəsinin Sədr Müavini Vaxtanq Vasadze bildirib.
Brend Azərbaycanda fəaliyyətə 3S-cycle (satış – servis – ehtiyyat hissələri) konsespiyasında yeni butikin açılması ilə başlayacaq. Tezliklə Azərbaycanda müştərilər və pərəstişkarları üçün yeni rəsmi internet saytı istifadəyə veriləcək, Maserati sosial mediadakı səhifələri və kanalları isə artıq pərəstişkarlarını və abunəçilərini qəbul edir. Tezliklə Azərbaycanda müştərilər və maşın həvəskarları üçün yeni rəsmi internet saytı istifadəyə veriləcək. Maserati-nin sosial media səhifələri və kanalları artıq maşın həvəskarları və abunəçilərin ixtiyarındadır.
Maserati S.p.A
Maserati bənzərsiz özəllikləri ilə dərhal gözə çarpan unikal avtomobillərin geniş çeşiddə istehsalı ilə məşğuldur. Maserati tərzi, texnologiyaları və mahiyyət etibarilə bənzərsiz özəllikləri sayəsində hər zaman ən seçici və tələbkar zövqə sahib müştəriləri belə məmnun etmiş və qlobal avtomobil sənayesi üçün istinad nöqtəsi olmuşdur. Hər biri İtalyan idman avtomobilini dizayn, performans, rahatlıq, zəriflik və təhlükəsizlik baxımından yenidən xarakterizə edən uğurlu avtomobil ənənələri indi beynəlxalq miqyasda 70-dən çox bazarda mövcuddur. Quattroporte flaqman, Ghibli sport sedan, Maserati tərəfindən istehsal edilən ilk yolsuzluq avtomobili Levante və “hər gün daha qüsursuz” Grecale sportkar bu mirasın nümayəndələridir. Bütün modellər yüksək keyfiyyətli materiallardan və mükəmməl texniki həllərdən istifadə ilə xarakterizə olunur. Ghibli, Grecale və Levante üçün mövcud olan 4 silindrli hibrid güc aqreqatları, Trident Brendinin performans DNT-sini əks etdirən tam ötürücülü, arxa təkərli, V6 və V8 benzin mühərrikləri ilə təchiz edilmiş seriya indi Maserati-nin ilk tam elektrik yolsuzluq avtomobili Grecale Folgore ilə tamamlanır. Birinci sinif MC20 super idman avtomobilindən və MC20 Cielo spyder-dən ibarətdir və ilk dəfə olaraq standart seriyalı avtomobilin güc blokunda F1-dən əldə edilən texnologiyaları birləşdirən 100% yeni Maserati Nettuno V6 mühərriki ilə təchiz edilib. Yeni GranTurismo həm Nettuno-dan alınan güclü V6 benzin mühərriki, həm də 100% elektriklə işləyən versiyası ilə mövcuddur: GranTurismo Folgore, Modena əsaslı brendin tarixində bu həlli tətbiq edən ilk avtomobildir. 2025-ci ilə qədər bütün Maserati modelləri də tam elektrikli versiyada satışa çıxarılacaq və 2030-cu ilə qədər bütün Maserati seriyası yalnız elektrik enerjisi ilə işləyən avtomobillərdən ibarət olacaq.
UKRAVTO Korporasiyası Ukraynada ən böyük avtomobil istehsalçısı, avtomobil idxalçısı və avtomobillərə satış sonrası xidmət operatorlarından biridir. Korporasiya tam istehsal silsiləsinə malik Zaporojye Avtomobil Zavodunun tərkibinə daxildir. Eyni zamanda, UkrAVTO daim inkişaf edən və hazırda Mercedes-Benz, Maserati, KIA, Chery, GEELY, Toyota, Renault, Peugeot, Opel, Ducati motosikletləri və ZAZ avtobusları kimi bütün dünyada məşhur brendlərin təmsil olunduğu 50-dən çox müasir avtosalondan ibarət geniş diler şəbəkəsinə malikdir.
Ətraflı məlumat üçün:
*5888
Ünvan – Ağ şəhər, 1-ci yaşıl ada küçəsi, Fəvvarələr meydan
Intagram – Maserati.Baku
Facebook - Maserati Baku
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
3 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
3 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
11 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb







.jpg)








.jpg)








