Rusiya bahalaşmanı dayandırmaq üçün xaricdən yumurta alacaq
Toyuq da daxil olmaqla, ətin qiymətinin yüksək olması ilə alıcılar daha münasib protein mənbəyini - yumurtanı seçirlər. Buna görə də bu məhsulun istehlakı artıb.Rusiyanın Nazirlər Kabineti yumurtanın qiymətinin sabitləşməsi üçün tədbirlər hazırlayıb.
Marja.az xəbər verir ki qiymət artımının dayandırılması üçün idxalın artırılması imkanlarını qiymətləndirmək tapşırılıb.
İlin əvvəlindən Rusiyada yumurta 21 faizdən çox, təkcə oktyabrda 13 faizdən çox bahalaşıb. Buna səbəb artan tələbatdır: ətin bahalaşması səbəbindən alıcılar daha sərfəli protein mənbəyi olan olan yumurtanı seçirlər.
Bundan əvvəl Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2023-cü il dekabrın 1-dən 2024-cü il mayın 31-dək müəyyən növ quş ətinin Rusiyadan ixracına müvəqqəti qadağa qoyulmasını təklif etmişdi. Bundan əlavə, eyni müddətə yumurtanın ixracına qadağa qoyulması təklif edilib. Nazirlikdən bildirilib ki, bu tədbirlər sosial əhəmiyyətli məhsulların istehlak qiymətlərinin artmasının və qıtlığın qarşısını almaq məqsədi daşıyır.
"Rosstat"ın məlumatına görə, ilin əvvəlindən noyabrın 7-dək toyuq əti 29,66%, toyuq yumurtası isə 21,16% bahalaşıb. Bununla yanaşı, Rusiyada 10 ay ərzində ərzaq məhsullarının qiymətlərinin illik artımı 3,67% təşkil edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 16 d. əvvəl
-
27 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 31 d. əvvəl
-
43 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)




.jpg)












.jpg)

