Code Academy Tedx-Bakı tədbirinin əsas dəstəkçisi – platin sponsoru oldu!
(®) Ölkəmizin IT tədrisi sahəsində inqilab yaradaraq, innovativ inkişafın aparıcı qüvvələrindən olan Code Academy bu il uzun fasilədən sonra “Qırılma” konsepti ilə təşkil olunan TedxBakı tədbirinin əsas dəstəkçisi oldu.
200 nəfərə yaxın iştirakçının, 15 yerli və xarici spikerin öz təcrübələrini, yaşadıqları qırılma nöqtələrini paylaşdıqları bu platformada Amerika-Azərbaycan cəmiyyətinin sədri Tomris Azəri, türkiyəli siyasətçi – prezident seçkilərində namizəd olmuş Sinan Oğan, planetimizin ən yüksək 14 zirvəsindən 6-sını fəth etmiş İsrafil Aşurlu və digər dəyərli simalarla yanaşı Code Academy-nin təsisçisi və direktoru Ülvi Aslanov da çıxış edərək, 20 il öncə təhsilindəki qırılma anından və onun nəticəsi olaraq ölkəmizin IT tədrisi sahəsinə gətirdiyi yeniliklərdən danışıb.
Belə ki, öz çıxışı zamanı təhsildə insana toxunmanın gücü barəsində danışan Ülvi Aslanov “Süni intellektin indi həyatımızın bir çox yerində olduğunu düşünsək, bütün sahələrdə, əsasən də təhsil sektorunda tətbiq edilən yeniliklərlə yanaşı insana toxunma gücünün hər zaman ən ümdə məsələ olduğunu unutmamalıyıq” deyə, qeyd edib.
Paylaşılan ideya və hekayələrlə şəxslərin və eləcə də, cəmiyyətlərin inkişafında xüsusi rolu olan TED lisenziyalı bu tədbirin platin sponsoru - əsas dəstəkçisi olaraq Code Academy artıq 9 ilə yaxındır ki, fəaliyyət göstərdiyi #GələcəkBurada şüarı ilə əsas missiyasına daim sadiq qaldığını göstərdi. Belə ki, Tedx səslənən fikirlər, real hekayələr cəmiyyətlərin innovativ inkişafına təkan verdiyi kimi, Code Academy də müasir dövrün tələblərinə uyğun geniş təhsil imkanları ilə insanlara və onların həyatlarına toxunaraq, müsbət dəyişiklik etməkdə davam edir.
IT və digital dünyanın yenilik və imkanlarını davamlı olaraq araşdıran, öz tədrisində tətbiq edən, ölkəmizin əmək bazarına bu günə qədər 8000 nəfərdən çox IT mütəxəssisi qazandıran Code Academy hal-hazırda, 2000 nəfərə yaxın aktiv tələbəyə Proqramlaşdırma, IT və kibertəhlükəsizlik, Dizayn, Digital Marketinq sahələri üzrə tədris verir. Code Academy-nin fəaliyyəti ilə bağlı daha ətraflı məlumatla https://code.edu.az rəsmi veb saytına daxil olaraq tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)







.jpg)






