"Rubl daha da bahalaşa bilər"
"İndi Rubl möhkəmlənir və daha da güclənə (bahalaşa - red) bilər".
Marja.az xəbər verir ki, bunu “Moskovski komsomolets” qəzetinə müsahibəsində Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin deyib.
"Lakin ümumilikdə rublun məzənnəsinin cari tarazlıq dəyərlərindən kəskin kənara çıxmasına ümid etmək olmaz", - o əlavə edib.
Rublun 2022-ci ildə möhkəmləndikdən sonra bu il kəskin ucuzlaşmasının nə ilə izah olunduğu sualını cavablandıran Oreşkin, bunu əsasən Rusiyada daxili tələbatın yenidən bərpa olunması, investisiyaların artması, neft və qaz qiymətlərin ötən illə müqayisədə aşağı olması ilə izah edib: "Üçüncü rübün son məlumatlarına nəzər salsanız, pərakəndə ticarət dövriyyəsi real ifadədə 11,3% artıb, investisiyalar isə 12,6 faiz artıb. Aydındır ki, istehlak və investisiya tələbinin bu bərpası idxal olunan məhsullara tələbatın artmasına səbəb olub. Eyni zamanda, bu il neft və qaz qiymətləri 2022-ci ildəkindən aşağı olub. Bu fonda rublun məzənnəsi korrektə olunub".
Oreşkin qeyd edib ki, bunlardan başqa, ixracatçılar tərəfindən xarici borcların bir hissəsinin ödənilməsi, xaricdə Rusiya məhsullarının alıcıları üçün maliyyələşdirmənin artırılması zərurəti, həmçinin xarici şirkətlərin Rusiya bazarını tərk etməsi və onların səhmlərinin rusiyalı investorlar tərəfindən alınması Dolları bahalaşdırıb: "Bütün bunlar birlikdə xarici valyutaya tələbi artırdı və rublun zəifləməsinə səbəb oldu. İndi biz bu müvəqqəti kapital axınının azalmağa başladığını görürük. Tədiyyə balansı sabitləşir və indi rubl güclənməyə meyl göstərir”.
Qeyd edək ki, dünən iyunun 30-dan bəri ilk dəfə Dolların qiyməti 88 rubldan, Avronun qiyməti isə 96 rubldan aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)






