Arpa, buğda, meyvələrin və heyvanların sığortasının neçəyə başa gəldiyi açıqlanıb
Qusar rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib.
Aqrar Sığorta Fondu və Qusar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda aqrar sığortadan istifadə, aqrar sığortanın üstünlükləri, təbiət hadisələri və müxtəlif hallar nəticəsində fermerlərə dəyən zərər və ödənişlərlə bağlı vəziyyət müzakirə edilib.
Marja xəbər verir ki. tədbirdə çıxış edən Qusar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov bildirib ki, aqrar sığorta dövlətin fermerlərə dəstək üçün tətbiq etdiyi mühüm yenilikdir. Əkinçilik, xüsusilə də meyvə bağlarının geniş yayıldığı Qusarda aqrar sığorta xüsusi əhəmiyyət daşıyır. O, aqrar sığorta vasitəsilə heyvandarlıq təsərrüfatlarının da sığortalanmasını vacib sayıb.
Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta vasitəsilə əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir. Hazırda aqrar sığorta ölkədəki 1,6 milyon hektar əkin sahəsinin 420 min hektarını əhatə edir.
Tədbirdə Quba-Xaçmaz regionu üzrə aqrar sığorta xidmətləri və müxtəlif məhsulların sığortalanması imkanları üzrə təqdimat keçirilib. Bildirilib ki, Qusar rayonunun da daxil olduğu Quba-Xaçmaz regionu ölkədə sığorta haqqı nisbətən aşağı olan bölgələrdəndir. Burada 1000 manatlıq arpa məhsulunun sığortalanması fermerə cəmi 8 manata, buğda sahəsinin sığortası isə 7 manata başa gəlir.
Bildirilib ki, bu regionda 1000 manatlıq fındıq sahəsini baza zərfi və donvurmadan sığorta etmək 12 manata, qoz məhsulunun bu risklərdən sığortası isə 20 manata başa gəlir.
Bundan başqa 1000 manatlıq şaftalı məhsulunu bazar zərfi, donvurmadan və doludan keyfiyyət itkisindən sığorta etmək ümumilikdə 29 manata, armud məhsulunu eyni risklərdən sığorta etmək isə 38 manata başa gəlir. Alma bağı üçün bu rəqəm 32 manat, gilas bağı üçün isə 35 manat təşkil edir.
Heyvandarlıq sığortası üzrə 1000 manatlıq inəyin sığorta haqqı fermerə 31 manata, 300 manatlıq qoyunun sığortası isə 9 manata başa gələcək.
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri quraqlıqdan sığorta, meyvə bağlarının müxtəlif risklərdən sığortalanması, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər.
Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, artıq təbii fəlakətlər nəticəsində fermerlərə dəyən zərərlərin ödənilməsinə başlanılıb. Təqribi hesablamalara görə, bu il əkin sahələri üzrə aqrar sığorta ödənişləri 6 milyon manata çatacaq.
Fermerlər arasında fikir mübadiləsi formasında keçirilən görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 d. əvvəl
-
- 12 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda Qərb Sənaye Parkı yaradıldı - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı




















