Azərbaycanın Türkmənistanla ticarət dövriyyəsi 5 dəfədən çox artıb
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkmənistana səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.
İclasda Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Vurğulanıb ki, Azərbaycan və Türkmənistan arasında güclü dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Dövlət başçılarımızın görüşləri, əldə olunan razılaşmalar və qəbul edilmiş birgə qərarlar ikitərəfli münasibətlərin hərtərəfli inkişafına yeni təkan verib. İkitərəfli münasibətlərdə mühüm rol oynayan iqtisadi-ticarət sahəsində intensiv inkişaf müşahidə olunur. Ötən il Türkmənistanla ticarət dövriyyəsi 5 dəfədən çox artıb, 2023-cü ildə də artım tendensiyası davam edib. Tədarük olunan məhsulların çeşidini genişləndirməklə ticarət dövriyyəsini daha da artırmaq üçün böyük potensial var. Ölkələrimiz arasında azad ticarət rejimi ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir. Ticarət sahəsində uğurlu əməkdaşlıq qarşılıqlı investisiyalar üçün stimul ola bilər. Türkmənistanla sənayenin müxtəlif sahələri, investisiya, enerji, gömrük, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. üzrə əməkdaşlıq imkanları böyükdür.
İclasda Azərbaycanın artan iqtisadi göstəriciləri, əlverişli işgüzar mühiti, o cümlədən, azad edilmiş ərazilərimizin biznes potensialı, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından işgüzar tədbirlərin davamlı keçirilməsinin önəmi bildirilib, Türkmənistan investorları fəal əməkdaşlığa dəvət olunub.
Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev vurğulayıb ki, ölkələrimiz arasında müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var və Türkmənistan əlaqələrin dərinləşməsinə önəm verir.
İclasda ölkələrimizin iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb.
İclasın sonunda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev imzalayıblar. Sənəddə ticarət, sənaye, energetika, nəqliyyat, aqrar və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Türkmənistana işgüzar səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Agro Pack Turkmenistan 2023” beynəlxalq sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti innovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətlər, həmçinin iqtisadi səmərəliliyin artırılmasını, resurslardan effektiv istifadəni və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış olub.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 25 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























