Aqrar Sığorta Fondu Şəkidə fermerlərə - SIĞORTA ÖDƏNİŞLƏRİNƏ BAŞLAYIB
Aqrar Sığorta Fondu Şəki rayonunda baş vermiş təbiət hadisələri nəticəsində fermerlərə ödənişlərin verilməsinə başlayıb.
Fondun yaydığı məlumatda bildirilir ki, hadisə baş verən əkin sahələrinə Aqrar Sığotra Fondunun təyin etdiyi müstəqil aqrar sığorta ekspertləri tərəfindən 2 dəfə baxış keçirilib, əkin sahələrinə dəyən zərər hesablanıb və sığorta ödənişi təyin edilib.
Əkin sahəsində sığorta hadisəsi baş verən fermerlərə Aqrar Sığorta Fondu tərəfindən müvafiq SMS bildirişlər göndərilib.
Ödəniş barədə SMS alan Şəki fermerləri Aqrar Sığorta Fondunun Şəki rayonundakı filialına müraciət edərək sığorta tələbi üçün razılıq ərizəsi və bank rekvizitlərini təqdim edirlər.
Aqrar Sığorta Fondunun Şəki filialının əməkdaşları və aqrar sığorta könüllüləri fermerlərə bu məsələlərdə dəstək göstərirlər.
Qeyd edək ki, Şəki rayonu Azərbaycanda aqrar sığortadan ən çox faydalanan rayonlardandır. Həm kənd təsərrüfatı ilə məşğul olanların sayının çox olması, həm də iqliminin qeyri-sabit keçməsi səbəbindən rayonda çox tez-tez aqrar sığorta hadisələri, əkin sahəsinə dəyən zərərlər qeydə alınır.
Bu il də baş verən təbiət hadisələri - qasırğa, fırtına, sel-subasma və dolu səbəbindən əkin sahələrinə çoxsaylı zərərlər dəyib və Aqrar Sığorta Fondu bu zərərlərin ödənişinə başlayıb.
İlkin məlumatlara görə, bu il Şəkidə 800 torpaq sahəsində hadisə qeydə alınıb, bu hadisələr üzrə gözlənilən ödənişlərin ümumi məbləği təqribən 800 min manat təşkil edəcək.
Xatırladaq ki, 2022-ci ildə də Şəkidə böyük sayda sığorta hadisələri qeydə alınıb və ödəniş verilib. Belə ki, ötən il rayonda 185 fermerə ümumilikdə 500 min manat ödəniş edilib. Bu il isə həm ödəniş edilən fermerlərin sayı, həm də ödənişin məbləği kəskin artıb.
Qeyd edək ki, Aqrar Sığorta Fondu ümumilikdə 48 bitki üzrə 29 riski sığorta edir. Taxıl bitkiləri və meyvə bağları ilə yanaşı, tərəvəzlər, tinglər, ağac və kollar da sığortalanır.
Bura demək olar ki, bütün əsas hadisələr – dolu, qasırğa, fırtına, sel subasma, zərərvericilərin hücumu, 3-cü şəxsin hərəkətləri və sair aiddir.
Sığorta haqqı isə olduqca sərfəlidir - çünki bu məbləğin 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Nəticədə Şəki-Zaqatala bölgəsində, məsələn, 1000 manatlıq taxıl məhsulunun sığortalanması fermerə cəmi 20-22 manata başa gəlir.
Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatlarını da sığorta edir. Məsələn, 1000 manatlıq inəyin sığortası 31 manata, 300 manatlıq qoyunun sığortası isə 9 manata başa gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 38 d. əvvəl
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib






















