AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
(®) AccessBank biznes müştəriləri üçün əlverişli endirim kampaniyasına start verir.
Kampaniya çərçivəsində yeni biznes müştəriləri üçün AccessBankın internet səhifəsində dərc edilmiş komissiyalar əvəzinə ölkə daxilinə yalnız internet bankinq üzrə olan köçürmələr üçün 0.04% (min.0,4 AZN - max. 50 AZN), ölkə xaricinə hər köçürmə əməliyyatı üzrə isə 0.15% (min. 30 USD ekv. - max. 200 USD ekv.), eləcə də nağd vəsaitin verilməsi üzrə 0.3%, MyCard Business kartının sifarişi üçün isə cəmi 10 AZN komissiya təklif edilir.
Sahibkarlar üçün hər valyutada ilk biznes hesabının açılması komissiyasızdır. Əmək haqqı layihələri üzrə əmək haqqı kartları - ödənişsizdir.
Ölkədə sahibkarlıq fəaliyyətinə dəstək üçün nəzərdə tutulan yeni, müştəriyönümlü kampaniyamız 1 aprel 2024-cü ilə qədər qüvvədədir.
AccessBank-ın yeni müştərisi olmaq üçün bankın filiallarına müraciət etmək və ya linkdəki forumu doldurmaq kifayətdir. Məhsul haqqında əlavə məlumatları accessbank.az saytından, Bankın sosial media hesablarından (Facebook, Instagram, LinkedIn) , həmçinin 151 Əlaqə mərkəzinə zəng edərək əldə etmək mümkündür.
Artıq 21 ildir Azərbaycanın bank sektorunda fəaliyyət göstərən AccessBank, 25 oktyabr 2002-ci il tarixində Mərkəzi Bank tərəfindən verilmiş 245 saylı lisenziya əsasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 18-si bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























