PAŞA Həyat artıq iş prosesinə robotları cəlb edir
(®) Lider həyat sığortası şirkəti olan PAŞA Həyat iş prosesinin daha effektiv təşkil edilməsi məqsədilə artıq RPA (Robotik Proseslərin Avtomatlaşdırılması) sisteminin tətbiqinə başlayıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, 6 dekabr 2023 tarixindən etibarən şirkətin iş proseslərinin icrasında artıq birinci robot fəaliyyət göstərir.
Qeyd edilib ki, işçilərin icra etdiyi təkrarlanan rutin əməliyyat işlərini RPA icra edir. Bu robot sözügedən işləri icra etməklə əməkdaşların daha da yaradıcı və innovativ olmağına, dəyər qatan işlərə fokuslanmağına imkan yaradır. Robot ilkin olaraq şirkətin maliyyə proseslərində tətbiq olunub. PAŞA Həyat bildirir ki, növbəti ildən şirkət yeni 2024-2026 strategiyası dövrünə başlayır və RPA sistemi şirkətdə yeni yaradılmış Biznes proseslərinin optimallaşdırılması mərkəzi çərçivəsində idarə olunacaq. RPA-lər şirkətdə olan innovativ yanaşmalar, yeniliklər, gələcək nəsil üçün prioritet olacaq süni intellekt istiqamətində ilk addımlardandır.
Hazırda isə şirkət 2021-2023-cü illəri əhatə edən Rəqəmsal Transformasiya strategiyasını yekunlaşdırmaq üzrədir. Ötən il ərzində yeni proseslər icra edilərək yeni məhsullar yaradılıb, Data Analitika, Agile idarəetmə, digər biznes proseslərin optimizasiyası istiqamətində bir çox layihələr həyata keçirilib.
Qeyd edək ki, Robotlaşdırma və ya RPA proqram robotlarına və ya süni intellektə əsaslanan biznes proseslərinin avtomatlaşdırılması texnologiyasıdır.
Lider sığorta şirkəti – “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















