Fitch gələn il qlobal iqtisadiyyatın yavaşlayacağını gözləyir
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings gələn il qlobal iqtisadiyyatda 2,1 faiz artım proqnozlaşdırıldığını açıqlayıb.Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings gələn il qlobal iqtisadiyyatın yavaşlamasını gözləyir.
Marja.az təşkilatın “Qlobal İqtisadi Proqnozlar” hesabatına istinadən xəbər verir ki, qlobal iqtisadiyyatın artım proqnozu 2023-cü il üzrə 2,5 faizdən 2,9 faizə yüksəldilib. Fitch 2024-cü ildə qlobal iqtisadiyyatda artım tempinin 2,1 faizə düşəcəyini nəzərdə tutur.
Hesabatda monetar sərtləşdirmənin təsirlərinin qarşıdakı dövrdə hiss olunacağı, Çində mənzil sektorunda yaşanan problemlər və Avro Bölgəsindəki durğunluğun 2024-cü ildə qlobal iqtisadi artıma mənfi təsir göstərə biləcəyi qeyd edilib.
Hesabatda ABŞ iqtisadiyyatının 2023-cü ilin sonunda 2,4 faiz, gələn il isə 1,2 faiz artacağı gözləntiləri yer alıb.
“Fitch Ratings”in hesabatında qeyd olunub ki, Çin iqtisadiyyatının bu ilin sonunda 5,3 faiz, gələn il isə 4,6 faiz artacağı gözlənilir.
Hesabatda Avropa İttifaqı (AB) iqtisadiyyatının 2023-cü ildə 0,5 faiz, gələn il isə 0,7 faiz artacağı, İngiltərə iqtisadiyyatının isə bu il 0,5 faiz, 2024-cü ildə isə 0,3 faiz artacağı proqnozlaşdırıldığı bildirilib.
Məlumat verilib ki, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının artımının bu il 4,6 faiz, gələn il isə 3,9 faiz olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb






.jpg)









.jpg)





