Xarici bazara çıxış yoxdur, daxili bazara da 40 qəpiyə satılır
Biləsuvarda kənd təsərrüfatı bitkiləri sırasında rayon üçün ənənəvi olmayan qırmızı süfrə çuğundurunun istehsalına başlanılıb. Bu mövsüm təkrar əkin olaraq ayrı-ayrı təsərrüfatlarda təxminən 10 hektara yaxın sahədə məhsul yetişdirilib. İstehsalçıların sözlərinə görə, sözügedən bitki münbit torpaqlarda daha asan və sağlam inkişaf edə bilir. Bu səbəbdən çuğundur toxumunu səpərkən ərazi və torpağın xüsusiyyətləri nəzərə alınır.
Son illər fermer təsərrüfatlarında təkrar əkinlərə maraq artıb. Belə fermerlərdən biri də Kəlbi Əhmədovdur. O, ikinci əkin kimi seleksiya yolu ilə əldə edilmiş Hollandiya sortu olan “Bordo” qırmızı çuğundur sortu əkib və hazırda yığım prosesi gedir. Onun sözlərinə görə, xarici bazara çıxış olarsa, çuğundur sahəsini iki dəfəyədək artıra bilər.
“On gün olar çuğundur yığırıq, bu günə kimi bazara 8 ton göndərmişik. Yığım davam edir. Topdan satış 40 qəpiyə satmaq olur. Xarici bazara çıxış olarsa, təkrar əkin artar, çuğundur əkən daha çox olar”, - deyə o bildirib.
Digər fermer Suliddin Abbasov da məhsulunu xarici bazara çıxarmaq istəyir: “Mənim kimi onlarla fermer çuğundur əkmək istəyir. Ümumiyyətlə, qış aylarında buna tələbat çoxdur. Xarici bazara çıxış olarsa, məhsulumuz daha yaxşı satılar”.
Rayonun təbii iqlim şəraiti çuğundur bitkisinin iki dəfə yetişdirilməsinə imkan verir. Əlavə gəlir gətirən sahə olmaqla yanaşı, bu bitki fermerlər üçün növbəli əkin prinsipinə riayət olunmasına da şərait yaradır.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Gülağa Qurbanov bildirib ki, çuğundur əkini fermerlər arasında təşviq olunur. “Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirliyə təklif verilib ki, bu bitki üçün də subsidiya ödənişi edilsin. Məqsədimiz odur ki, növbəli əkin sisteminə süfrə çuğunduru da daxil edilsin. İstəyirik ki, bu məhsul xaricə çıxarılsın. Yəqin ki, yaxın gələcəkdə buna nail olacağıq”.
Rayonda bu günədək sahələrdən toplanan 20 tona yaxın məhsul paytaxt bazarlarına göndərilib. Məhsulun satış qiyməti 40 qəpik civarında olsa da, çeşidləmə zamanı ayrılan irihəcmli çuğundurlar nisbətən ucuz qiymətə satılır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
3 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
5 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı










.jpg)








.jpg)

