Bu gün FED 2023-cü il üzrə sonuncu dəfə faiz qərarını açıqlayacaq
Bu gün ABŞ Mərkəzi Bankı (FED) 2023-cü ildə sonuncu dəfə faiz qərarını açıqlayacaq. Qərar Bakı vaxtı ilə saat 23:00-da dərc olunacaq.
Mara.az xəbər verir ki, FED-in faizlərində dəyişiklik edəcəyi gözlənilmir. Mərkəzi Bankın faizlərini 5.25%-5.50% aralığında sabit saxlayacağı gözlənilir.
Digər tərəfdən, dünən açıqlanan məlumatlara görə, ABŞ-da baza aylıq inflyasiya sürətlənib, bu da, FED-in yaxın müddətdə faiz dərəcələrini yüksək səviyyədə saxlayacağına dair gözləntiləri gücləndirib. Ərzaq və enerji qiymətlərini nəzərə almayan baza inflyasiya aylıq 0,3 faiz artıb. Əvvəlki ayda 0,2 faiz artım olmuşdu. İllik baza inflyasiya isə 4 faiz səviyyəsində dəyişməz qalıb.
Bakı vaxtı ilə saat 23:30-da FED sədri Cerom Pauellin mətbuat konfransı başlayacaqdır. Onun çıxışında və suallara verəcəyi cavablarında deyəcəkləri bazarlara təsir edə bilər.
Federal Ehtiyat Sisteminin (FED) bu gün, ardıcıl üçüncü dəfə faiz dərəcələrini 5,25-5,5% səviyyələrində sabit saxlayacağı gözlənilir, lakin treyderlər FED-in gələn il planları, xüsusən də potensial faiz endirimləri ilə bağlı ipucları axtaracaqlar.
FED-in 2024-cü ildə faizlərini iki iclasda azaldacağı barədə qərar qəbul edəcəyinə dair gözləntilər də mövcuddur. FED-in borclanma xərclərini artmasının təsirlərinin daha çox 2024-cü ildə hiss olunacağı, ABŞ-da tənəzül baş verəcəyi proqnozlaşdırılır. Hesab olunur ki, 2024-cü ildə FED faizlərini aşağı salmağa məcbur olacaq. Lakin bu yaxınlarda FED sədri Pauell faizlərin azaldılmasının müzakirə etməyin tez olduğunu deyib.
Mərkəzi Bank yeni iqtisadi proqnozlarını da açıqlayacaq.
ABŞ-da noyabrda illik inflyasiyası yavaşlayıb və 3,1%-ə düşüb. Bununla belə, baza inflyasiya 4% səviyyəsində inadla yüksək olaraq qalır, bu, FED-in 2% hədəfini iki dəfə üstələyir. Eyni zamanda, inflyasiyada yavaşlamanın əlamətlərinə baxmayaraq, əmək bazarı güclü olaraq qalır. Güclü məşğulluq bazarı istehlak xərclərini və iqtisadi artımı dəstəkləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 19 d. əvvəl
- 43 d. əvvəl
-
52 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
56 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin






.jpg)
.jpg)







.jpg)



