FED faiz qərarını açıqladı
FED 2023-cü ilin son iclasında uçot dərəcəsini dəyişməyərək 5,25-5,50 faiz aralığında saxlayıb.ABŞ Mərkəzi Bankı (FED) 2023-cü il üzrə sonuncu faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED faizini 5,25% - 5,50% aralığında sabit saxlayıb.
Proqnoz da FED-in faizlərini dəyişməyəcəyi istiqamətində idi.
FED noyabr iclasında da faiz dərəcələrini dəyişməmiş və sədr Jerome Powell pul siyasətində ehtiyatlı davranacaqları mesajını vermişdi.
Yüksək inflyasiya ilə mübarizə çərçivəsində FED 2022-ci ilin mart ayından bu yana faiz dərəcələrini 11 dəfədə cəmi 5,25 faiz bəndi artırmışdır.
FED 2024-cü ildə faiz dərəcələrini 3 iclasında 0,75 bənd azaldacağını proqnozlaşdırır.
FED ABŞ iqtisadiyyatının 2024-cü ildə artımı üzrə proqnozunu 1,5%-dən 14,%-ə endirib. 2023-cü il üzrə iqtisadi artım proqnozu isə 2,1 faizdən 2,6 faizə qaldırılıb.
ABŞ-da 2023-cü ildə inflyasiya proqnozu 3,3 faizdən 2,8 faizə, 2024-cü il üçün isə 2,5 faizdən 2,4 faizə endirilib.
Açıqlamada bildirilib ki, son göstəricilər üçüncü rübdə iqtisadi artım tempinin yavaşladığını göstərir.
Açıqlamada - ilin əvvəlindən məşğulluqda artımın yavaşladığı, lakin güclü olmağa davam etdiyi, işsizlik nisbətinin isə aşağı səviyyədə qalmağa davam etdiyi bildirilib. Açıqlamada inflyasiyanın il ərzində yavaşladığı, lakin yüksək səviyyədə qaldığı qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























