Türkiyədə mənzil qiymətlərinin artım tempi azalır
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) oktyabr ayı üzrə mənzil qiymətləri indeksini açıqlayıb.
Marja.az xəbər verir ki, oktyabrda mənzil qiymətləri illik 86,46 faiz artıb.
İllik artım sentyabr ayında 89,2 faiz olaraq qeydə alınmışdı.
Oktyabr ayında illik artım inflyasiyaya uyğunlaşdırıldıqda artım 15,4 faiz təşkil edib.
Oktyabr ayında aylıq artım 3,83% olub. Beləliklə, 5 ayın ən aşağı aylıq artımı qeydə alınıb.
Ankarada mənzil qiymətləri oktyabr ayında illik 101,5 faiz artıb. Ankarada 1 kvadrat metrin orta qiyməti 23 min 303 TL olub.
Ankaranın ardınca 80 faiz artımla İzmir gəlir. İzmirdə kvadrat metrin orta qiyməti 34 min 774 TL təşkil edib.
İstanbulda mənzil bazarında "soyuma" davam edib. İstanbulda oktyabr ayında illik artım 74,4 faiz təşkil edib. Kvadrat metrin orta qiymətinə görə İstanbul 44 min 386 TL ilə birinciliyini qoruyub.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
-
5 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 38 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub


























