UNEC-in professoru Rabitəbankın "yaşıl istiqraz"ları haqqında danışıb
UNEC-in Elmi fəaliyyətin təşkili və idarəolunması departamentinin direktoru, i.e.d., Prof. Zahid Fərrux Məmmədov Gəncədə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli Ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfransın elm komitəsinin sədri kimi iştirak edib.
Konfransda ekoloji siyasət, ekoloji təhlükəsizlik, "yaşıl maliyyə", "yaşıl bankçılıq", "yaşıl energetika", "yaşıl şəhər", "yaşıl nəqliyyat", "yaşıl qida", "yaşıl dizayn" və sağlam həyat tərzi kimi mövzular müzakirə olunub.
Konfrans çərçivəsində birləşdirilmiş bölmə iclasına rəhbərlik etmiş Prof. Zahid Fərrux Məmmədov çıxışında ölkəmizdə ekoloji tarazlığın və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Natiq bu tədbirlərdən biri kimi Azərbaycanın nüfüzlü banklarından olan "Rabitəbank"ın 10 milyon manatlıq "yaşıl istiqraz" buraxmasının ətraf mühitin qorunması və "yaşıl iqtisadiyyat"ın dəstəklənməsi üçün böyük töhfə olduğunu qeyd edib.
Dayanıqlı maliyyələşmə və "yaşıl istiqraz"lar üzrə "Rabitəbank"ın fəaliyyətini təqdir etdiyini ifadə edən Prof. Z.F.Məmmədov bu təşəbbüslərin ölkəmizdə tətbiqi imkanları genişləndirdiyini bildirib.
Müzakirə formasında təşkil edilmiş tədbirdə Prof. Z.F.Məmmədov iştirakçıların dayanıqlı maliyyələşmə və "yaşıl istiqraz"larla bağlı suallarını da cavablandırıb.
Tədbirdə dövlət, biznes, ali təhsil müəssisələrinin, AMEA elmi təşkilatlarının, investisiya şirkətlərinin və bankların nümayəndələri iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)





