Dövlət Vergi Xidmətində dəyişikliklər - BİRLƏŞDİRMƏLƏR EDİLİB, YENİ İDARƏLƏR YARADILIB
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) strukturunda optimallaşdırmalar aparılıb.
Marja.az Xidmətə istinadən xəbər verir ki, dəyişikliklər vergi daxilolmalarının müsbət dinamikasını artırmaq, işğaldan azad edilmiş ərazilərdə vergi ekosistemini bərqərar etmək, orada yaşayan vətəndaşların və fəaliyyət göstərən biznes subyektlərinin vergi xidmətlərinə çıxışını və vətəndaş məmnunluğunu təmin etmək, ümumilikdə risk əsaslı nəzarət çərçivəsini təkmilləşdirmək məqsədi daşıyır.
Dəyişikliklərə əsasən, işğaldan azad olunmuş ərazilər üzrə vergi orqanları təsis edilib. İşğaldan azad edilmiş rayonların vergi şöbələrinin bazasında Qarabağ ərazi vergilər baş idarəsi və Şərqi Zəngəzur ərazi vergilər idarəsi yaradılıb.
Burada əsas məqsəd işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasının və Böyük Qayıdışın sürətləndirilməsinə töhfə verilməsi, vergi inzibatçılığının ümumi idarəetmə modelinə uyğunlaşdırılması, vergi xidmətlərinə əlçatanlığın təmin edilməsidir.
DVX-nın strukturundə Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb. Baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların qarşılaşdığı məsələlərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır.
Vergi risklərinin idarə edilməsi baş idarəsinin yaradılmasında əsas hədəf vergidənyayınma risklərinin əvvəlcədən təhlili və müvafiq tədbirlərin keçirilməsi mexanizminin qurulmasıdır. Bununla da vergi ödəyicilərinin vaxtına qənaət olunacaq, vergi orqanlarının resursları risk potensialı daha yüksək olan vergi ödəyicilərinə yönəldiləcək, resursların bölüşdürülməsi optimallaşdıracaq.
Bununla yanaşı DVX-nın strukturunda bəzi funksiyalar mərkəzləşdirilib. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin bazasında Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş idarəsi yaradılıb. Qeyd olunan dəyişikliklə Bakı şəhəri üzrə vahid uçot fəaliyyətini və operativ nəzarəti həyata keçirəcək vergi orqanı təsis edilib.
Bundan başqa, 4 ərazi vergi orqanının səyyar və kameral vergi yoxlamalarla bağlı funksiyaları və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin kameral vergi yoxlamaları ilə bağlı funksiyası Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq funksiyalarına birləşdirilib. Bu dəyişiklik səyyar və kameral yoxlamalar sahəsində vahid yanaşmanın tətbiqi, yoxlamaların effektivliyinin artırılmasına imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
6 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir














.jpg)











