"Xəbərlərdə adları hallanan şirkətlərin “Göygöl Şərab Zavodu” ASC ilə heç bir bağlılığı yoxdur" - AÇIQLAMA
“Göygöl Şərab Zavodu” ASC məlumat yaydı
"Kütləvi informasiya vasitələrində keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükəli hesab olunan məhsulların istehsalı ilə məşğul olan, eləcə də barələrində cinayət işinin açılması ilə bağlı yayılmış xəbərlərdə adları hallanan şirkətlərin (MMC-lərin) “Göygöl Şərab Zavodu” ASC ilə heç bir bağlılığı yoxdur".
Marja.az xəbər verir ki, bu, Göygöl Şərab Zavodunun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, yayımlanan bu kimi məlumatların, o cümlədən Göygöl Şərab Zavodu tərəfindən “Xan 1860” brendi altında istehsal edilən məhsulların şəkillərinin mətbuatda həmin neqativ xəbərlərlə paylaşılmasının şirkətin işgüzar nüfuzuna xələl gətirə biləcəyi və ictimaiyyətdə şirkət haqqında yanlış təsəvvür yarada biləcəyini nəzərə alaraq, “Göygöl Şərab Zavodu” ASC media qurumlarından paylaşılan məlumatlarda qeyd edilən məqamlara diqqətlə yanaşılmasını xahiş edir.
Qeyd edilib ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampanlar müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə nüfuzlu beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
XXX
Xəbər verdiyimiz kimi, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə əməliyyat-axtarış tədbirlərı keçirilib. Əldə olunan sübutlara əsasən “Göygöl Şərab 2”, “Agsu-1”, “Gold Alko” və “Quseynoff vodka” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2023-cü ilin noyabr-dekabr ayları ərzində yerli alkoqollu içkiləri keyfiyyət standartlarına uyğun olmayan şəkildə istehsal edib satmalarına, həmin məhsulları saxta aksiz markaları ilə markalamalarına və qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 205-1 (saxta aksiz markalarının dövriyyəsi), 213-1 (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma) və 308.1-ci (vəzifə səlahiyyətlərində sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə Respublikanın ayrı-ayrı regionlarında yerləşən müxtəlif topdan və pərakəndə satış obyektlərində aparılmış axtarışlarla sözügedən müəssisələrə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülüb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
17 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
17 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
17 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 17 saat əvvəl
-
17 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 17 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
