“Nargis” Fondu və “Bank Respublika” ənənəvi xeyriyyə aksiyası həyata keçirib
(®) 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Nargis” Fondu və ölkəmizin aparıcı banklarından biri olan və “Bank Respublika” ənənəvi xeyriyyə aksiyası həyata keçirib.
Aksiya çərçivəsində Bakı və ətraf qəsəbələrdə yaşayan aztəminatlı ailələr ziyarət edilib. Vətəndaşlara bayram təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.
“Bayramlar paylaşdıqca gözəldir!” şüarı ilə keçirilən aksiyanın əsas məqsədi, bayram öncəsi ehtiyacı olan şəxslərə dəstək olmaq, onlara bayram sevinci yaşatmaq olub
“Nargis” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə 2012-ci ildə Ülviyyə Mahmud tərəfindən təsis edilib və 2013-cü ildən etibarən aktiv fəaliyyət göstərməkdədir. Fondun dəstəyi ilə Azərbaycan Respublikasının müxtəlif yerlərində yaşayan ağır xəstəliklərdən əziyyət çəkən yüzlərlə uşaq yenidən sağlamlığa qovuşub. Eyni zamanda Fond tərəfindən müxtəlif social layihələr həyata keçirilir, o cümlədən aztəminatlı ailələrə dəstək məqsədilə müxtəlif aksiyalar və xeyriyyə tədbirləri təşkil olunur.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























