“Port Baku”dan “Gənclik Mall” ərazisinədək uzanacaq “Hibrid dəhlizlər” layihəsi
Bakıda 28 May Hibrid Yaşıl Dəhlizi layihəsi icra olunacaq.
Marja.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, “Hibrid dəhlizlər”Bakı şəhərinin Baş Planının əsas elementləridir. Bu xətti elementlər şəhərin strateji əhəmiyyətə malik hissələrini bir-birinə bağlayır və onun daha yaşıl və daha davamlı mühitə çevrilməsinə imkan verir. Hibrid dəhlizlər çoxfunksiyalı ərazi təşkilinə sahib olacaq:
• hibrid dəhlizlər boyu yeni inkişaf əraziləri və sosial təyinatlı xidmət müəssisələri yerləşəcək;
• hibrid dəhlizlər şəhərin yaşıllıqlarını, rekreasiya ərazilərini və su hövzələrini birləşdirərək geniş yaşıl / mavi şəbəkə yaratmağa imkan verəcək;
• bu dəhlizlər əsas ictimai nəqliyyat marşrutları kimi çıxış edəcək və yeni mühəndis kommunikasiya infrastrukturu üçün dəhlizlər formalaşdıracaq. Müəyyən edilmiş ərazi “Port Baku” ticarət mərkəzinin ərazisindən “Gənclik Mall” ticarət mərkəzinin ərazisinədək uzanır. Şəhərin bu hissəsində əsas planlaşdırma hədəflərindən bir neçəsinə nail olmaq mümkündür. Bu səbəbdən ərazi Baş Planda pilot layihə ərazisi kimi nəzərdə tutulmuşdur.
Ərazi aşağıdakı üstün cəhətlərə sahib olacaq:
• “Port Baku” ticarət mərkəzinin ərazisindən “Gənclik Mall” ticarət mərkəzinin ərazisinədək effektiv piyada və velosiped bağlantısının təmin edilməsi;
• istismarı dayandırılmış dəmir yolu xətlərindən tramvay yolu kimi istifadə olunması;
• sənaye dövründən miras qalmış binaların yaradıcılıq fəaliyyəti üçün istifadə edilməsi ilə yaradıcılıq klasterinin inkişafı;
• şəhərin mərkəz hissəsində yaşıllıqların sahəsinin genişləndirilməsi (yaşıl bulvarlar, oyun meydançaları, açıq hava fəaliyyətləri / idman obyektləri və s.);
• hibrid dəhlizin yaxınlığında 60 ha-dan çox sahəsi olan ərazidə şəhərsalma potensialından istifadə imkanı. 6. Suyun mühafizəsi və təkrar istifadəsi Su resurslarının qorunması və səmərəli istifadəsi bir çox səbəbdən şəhərin gələcəyi baxımından mühüm rol oynayır.
• Abşeron yarımadasının yarım quraq iqlimə sahib olması (yağıntının miqdarının az olması);
• xarici su mənbələrindən asılılıq, zəif su təchizatı;
• su təchizatı infrastrukturunda mövcud olan çatışmazlıqlar (sızmalar, su itkisi, qeyri qanuni istifadə) və suya qənaət etmək üçün sudan təkrar istifadə siyasətinin olmaması;
• qlobal iqlim dəyişikliyinin təsiri (temperaturun qalxması, yağıntı miqdarının azalması);
• əhalinin proqnozlaşdırılan artımı ilə əlaqədar əlavə su tələbatı. Strateji layihədə tullantı sularının təmizlənməsi və təkrar istifadəsi imkanını artırmaq üçün müvafiq infrastrukturun (dörd TSTQ, suvarma kanalları və nasos stansiyaları) təmin olunmasını nəzərdə tutulur. Emal edilmiş su suvarma və sənaye məqsədləri üçün istifadə ediləcəkdir. Müvafiq qurğuların yerləri Baş Planda müəyyən edilmişdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 55 d. əvvəl
-
-
59 d. əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
13 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
14 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Qlobal bazarlar Trampın qərarını gözləyir
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
Ən çox oxunanlar
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır

















.jpg)




