ABB səhmdarlarına yüksək məbləğdə dividend ödəməyi hədəfləyir - MÜSAHİBƏ
"ABB 2022-ci ilin mənfəətindən ötən il səhmdarlarına 156 milyon manat dividend də ödəyib. 2023-cü il ABB-nin sağlamlaşma dövründən sonra ən yüksək əməliyyat mənfəəti qazandığı ildir. Biz ABB menecmenti olaraq bu il, səhmdarlarımıza ödənilən dividendlərin artırılması və minimum 15% gəlirliliyin təmin olunması məqsədilə 185 milyon manat həcmində dividend ödənişi təklif edəcəyik".Regionun ən böyük banklarından olan ABB dünən 32 yaşını qeyd etdi. 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlamış ABB 32 ildir ki, müştərilərə, o cümlədən bizneslərə universal maliyyə xidmətləri göstərir, strateji hədəflərinə uyğun olaraq inkişaf edir, böyüyür.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla müsahibəmizdə Bankın 2023-cü il üzrə maliyyə nəticələrinə nəzər saldıq:
- Abbas müəllim, ABB 2023-cü ili hansı maliyyə nəticələri ilə tamamladı?
- Ötən il ABB-nin yeni, 2023-2025-ci il strateji inkişaf dövrünün ilk ili idi və biz bu strateji ili olduqca uğurlu nəticələrlə başa vurduq. Prudensial hesabatlara əsasən, ABB ötən il 322 milyon manat xalis mənfəət qazanıb. Bu, 2022-ci illə müqayisədə 27% artım deməkdir. 2023-cü ildə ABB-nin cəmi əməliyyat mənfəəti 388 milyon manatdan 484 milyon manata yüksəlib. Vergidən əvvəl xalis mənfəətimiz isə 421 milyon manata çatıb.
- Gəlirlərin artmasına hansı amillər təsir göstərib?
- Ötən il həm korporativ, kiçik və orta biznes müştərilərimizin, həm də riteyl müştərilərimizin sayı böyük həcmdə artıb. Yeni texnologiyaların tətbiqinin, xidmət keyfiyyətinin yüksəlməsinin burada, təbii ki, böyük rolu var. Bazara təqdim etdiyimiz yeni məhsul və loyallıq proqramları sayəsində müştərilərimizin aktivliyi də artıb. Belə ki, aktiv müştərilərimizin sayında il ərzində 25% artım qeydə alınıb. Kredit portfelimiz 2023-cü ilin əvvəli ilə müqayisədə 1.5 milyard manat, yəni 43% artaraq 5 milyard manatı ötüb. İl ərzində korporativ biznes və kiçik sahibkarlar üzrə kredit portfelimizdə də 900 milyon manata yaxın və ya 53% artım olub.
- Bank ötən ilin nəticələrinə əsasən dövlət büdcəsinə nə qədər vergi ödəyib?
- ABB 2023-ci il ərzində dövlət büdcəsinə ümumilikdə 117 milyon manat vergi ödəyib. Bunun 84 milyon manat hissəsi mənfəət vergisi olub. Bundan başqa, ABB 2022-ci ilin mənfəətindən ötən il səhmdarlarına 156 milyon manat dividend də ödəyib. Bankın səhmlərinin 96,4%-i dövlətə məxsus olduğundan dividendlərin 151 milyon manatı məhz dövlətə ödənib.
Ümumən, son 5 ildə mənfəət vergisi, səhmdarlara ödənilən dividendlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 milyard manatdan çox ödənişlər edib.
- Bu il səhmdarları hansı məbləğdə dividend gözləyir?
- ABB əsas səhmdarımız olan dövlətə, həmçinin sayı 1800-ü ötən fiziki şəxs və özəl səhmdarlarımıza son beş ildə davamlı şəkildə yüksək dividendlər ödəməkdədir. Bu il də istisna olmayacaq. Bilirsiniz ki, səhmdarlara dividend qərarı üçün, əvvəlcə konsolidə edilmiş maliyyə hesabatlarımıza kənar audit şirkəti tərəfindən rəy verilməli, daha sonra Səhmdarların Ümumi Yığıncağında dividendlərin ödənilməsi ilə bağlı qərar qəbul olunmalıdır. 2023-cü il ABB-nin sağlamlaşma dövründən sonra ən yüksək əməliyyat mənfəəti qazandığı ildir. Biz ABB menecmenti olaraq bu il, səhmdarlarımıza ödənilən dividendlərin artırılması və minimum 15% gəlirliliyin təmin olunması məqsədilə 185 milyon manat həcmində dividend ödənişi təklif edəcəyik.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Ən çox oxunanlar
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir






.jpg)
.jpg)



.jpg)







