"Premium Bank"ın maliyyə vəziyyəti açıqlanıb
"Premium Bank" ASC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "Premium Bank" ASC 2023-cü ili 7 milyon 453 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 5 milyon 466 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Premium Bank" ASC-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 987 min manat və ya 36,3% artıb. Keçən il Bankın xalis mənfəətinin artması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan məbləğ ilə əlaqədardır.
Ötən il "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 49 milyon 621 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 42 milyon 120 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 501 min manat təşkil edib. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azad olan 2 milyon 27 min manatın hesabına mənfəət 9 milyon 528 min manata yüksəlib. Ötən il "Premium Bank" 2 milyon 75 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 48 milyon 860 min manat, cəmi əməliyyat xərcləri 38 milyon 315 min manat, əməliyyat mənfəəti 10 milyon 545 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 904 min manat ehtiyata ayırmış və 3 milyon 176 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "Premium Bank"ın cəmi gəlirlərinin 761 min manat artmasına qarşılıq, cəmi xərcləri 3 milyon 805 min manat artıb. Xərclər gəlirlərdən daha çox artdığı üçün bankın xalis mənfəəti 3 milyon 44 min manat azalıb.
31 dekabr 2023-cü il tarixində "Premium Bank" ASC 685 milyon 116 min manat cəmi aktivlərə malik olub (2022-ci ilin sonunda 692 milyon 202 min manat).
2023-cü ildə "Premium Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 34 milyon 898 min manat artaraq 471 milyon 866 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 13 milyon 255 min manat artaraq 19 milyon 248 min manata, ipoteka kreditləri portfeli 34 milyon 373 min manat artaraq 66 milyon 979 min manata yüksəlib, biznes kreditləri portfeli isə 12 milyon 731 min manat azalaraq 385 milyon 638 min manata düşüb.
Keçən ilin sonunda "Premium Bank"da cəmi depozitlər 426 milyon 770 min manat təşkil edib (2022-ci ilin sonunda 466 milyon 490 min manat).
31 dekabr 2023-cü il tarixində "Premium Bank" ASC 170 milyon 987 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 175 milyn 718 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
-
34 d. əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 39 d. əvvəl
- 41 d. əvvəl
-
2 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
2 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
2 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
3 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
3 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Ən çox oxunanlar
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb























