Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da əmək və daşınmaz əmlak bazarlarına dair məlumatların dərcindən sonra əsas fond indeksləri atım tendensiyasını sərgiləyirlər. Ötən həftə ölkədə işsizlik müavinəti üçün müraciətlərin sayı gözlənilmədən 187 minə enib. Bundan əlavə, dekabr ayında ABŞ-da tikintisinə başlanılan yeni evlərin sayı proqnozların altında qalaraq noyabr ayı ilə müqayisədə 4.3% azalaraq 1.46 milyon təşkil edib.
Açıqlanan statistik göstəricilər fonunda “Dow Jones” indeksi 0.3% eniş edərək 37 156.64 bənd, “NASDAQ” yüksək texnologiyalar indeksi 0.93% eniş edərək 14 993.06 bənd, “S&P 500” geniş bazar indeksi isə 0.26% eniş edərək 4 751.63 bənd səviyyəsində qərarlaşıb.
Həmçinin dünən ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı məlumatların dərcindən sonra dünya bazarlarında neft qiymətlərinin artım tempi 1-1.3%-ə çatıb. Gün sonuna olan məlumatlara əsasən, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 0.91% artaraq bir barel üçün 78.59$-a, “WTI” markalı neftin mart fyuçerslərinin qiyməti isə 1.32% artaraq 73.43$-a çatıb.
Eləcə də, ABŞ-da neft hasilatı yanvarın 12-də başa çatan həftədə gündəlik 100 min barrel artaraq 13.3 milyon barrelə çatıb. Orta hesabla, son dörd həftə ərzində ABŞ-da gündəlik neft hasilatı 13.25 milyon barrel təşkil edib.
Ardıcıl iki ticarət sessiyasında dolların məzənnəsində aktiv artım fonunda 2.5% ucuzlaşan qızıl qiymətləri cümə axşamı günü bir qədər bahalaşaraq 2020$ səviyyəsinin üzərində möhkəmlənib.
Bugün Böyük Britaniyada açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və ABŞ-da Təkrar Mənzil Bazarında Satışların Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir. Əlavə olaraq Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı da birjalarda qiymətlərin formalaşmasına əhəmiyyətli təsir edə biləcək hadisələrdəndir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)







.jpg)
