Rabitəbank müştəriləri ötən il 16 milyon manatdan artıq keşbek qazanıblar
(®) Rahat bankçılıq şüarına sadiq qalan Rabitəbank 2023-cü il ərzində 16 milyon manatdan artıq vəsaiti keşbek olaraq müştərilərinə geri qaytarıb.
Kartmane kart sahibləri müxtəlif nağdsız ödənişlərə görə bu bonusları qazanıblar.
Belə ki, ümumilikdə keşbeklerin təxminən 15,7 milyon manatı kateqoriyalar üzrə edilən ödənişlərdən, 198 min manata yaxını partnyor mağazalarında edilən alış-verişlərdən, 122 min manatı isə xarici valyuta (USD və EUR) üzrə edilən əməliyyatlardan əldə edilib.
Qeyd edək ki, Kartmane sahiblərinin kateqoriyalar üzrə əldə etdiyi keşbekin təxminən 6 milyon manatı yanacaqdoldurma məntəqələri, 2 milyon manata yaxını market, 680 min manatı restoran, 568 min manatı sığorta, təxminən 5,7 milyon manatı isə digər ödənişlərdən qazanılıb.
Rabitəbank sahibkar və fiziki şəxslərə bir çox üstünlüklərə sahib olan debet və kredit kartları təklif edir. Kart sahibləri təmassız ödənişlərdə 10%-dək keşbek və kartdakı qalığa 6%-dək gəlir qazana, dünyanın istənilən ölkəsində rahat alış-veriş və onlayn ödənişlər edə, həmçinin müxtəlif xidmətlərin ödənişlərini həyata keçirə və vəsaiti rahat nağdlaşdıra bilərlər.
Qeyd edək ki, özündə bir çox üstünlükləri toplayan Kartmane kartlarını heç yerə getmədən, “Rabita Mobile” tətbiqi, “RabitaBot” çatbotu vasitəsilə və ya bankın rəsmi veb-saytına - https://rbt.az/krtm keçid edərək sifariş edə bilərsiniz. Onlayn sifariş zamanı Bakı və Abşeron yarımadası ərazilərinə kartın çatdırılması ödənişsizdir. Həmçinin bankın filiallarına yaxınlaşaraq sifarşi həyata keçirmək olar.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
- 28 d. əvvəl
-
59 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ























