Dövlət şirkəti qızıl və gümüş satışından 1,2 milyard manata yaxın gəlir əldə edib
"AzerGold" QSC 2017–2023-cü illər üzrə qızıl və gümüşün satışı nəticəsində 1,19 milyard manat gəlir əldə edib.
Bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il yerli və beynəlxalq bazarlarda ümumilikdə 68,1 min unsiya qızıl və 119,8 min unsiya gümüşün satışı həyata keçirilib. 2022-ci illə müqayisədə ümumi qızıl satışı həcmində 7 % artım qeydə alınıb.
"Qeyd edilən ümumi satış həcmindən qızıl üzrə 62,1 min unsiya, gümüş üzrə isə 90,8 min unsiyası beynəlxalq bazarlarda realizə edilib. Daxili bazarın tələbatına uyğun olaraq xammal və hazır məhsul formasında 6 min unsiya qızıl, 29,1 min unsiya gümüşün satışı həyata keçirilib. Beləliklə, 2017-2023-cü illər üzrə ümumi satış (daxili və xarici bazar bir yerdə) göstəriciləri 416 min unsiya qızıl, 853 min unsiya gümüş təşkil edib", - Z. İbrahimov bildirib.
O qeyd edib ki, hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232,8 milyon manat məbləğində gəlir əldə edilib:
"2022-ci illə müqayisədə ümumi satış gəlirlərində 15 % artım qeydə alınıb. Bu vəsaitin 210,1 milyon manatını ixrac, 22,7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11 %, yerli bazarda satış gəlirləri isə 81 % artıb. 2023-cü ildə qiymətli məhsulların ümumi satışlarından əldə edilmiş gəlirlərin 97,9 %-i məhz qızılın satışı nəticəsində əldə edilib".
2024-cü il üçün hasilat planı
Zakir İbrahimov bildirib ki. 2023-cü ildə "AzerGold" QSC-nin tərəfindən 63,7 min unsiya qızıl hasil edilib.
Onun sözlərinə görə, bu "AzerGold"un fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir.
Z. İbrahimov qeyd edib ki, ötən il 114,3 min unsiya gümüş hasilatı həyata keçirilib: "Beləliklə qızıl hasilatı plandan 2 %, gümüş hasilatı isə 6 % artıq icra edilib. 2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatında 1,7 min unsiya və ya 3 % artım qeydə alınıb".
O, həmçinin vurğulayıb ki, 2024-cü il üçün hasilat planı 2023-cü illə müqayisədə 9 % daha artıq olmaqla 70 min unsiya qızıl, 27 % daha artıq olmaqla 156,8 min unsiya gümüş təşkil edir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
8 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
10 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı



















