“SİMA İmza” ilə “Həyatın yaşam sığortası”nı məsafədən əldə etmək mümkün oldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza sığorta sektorunda tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
“SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Xalq Həyat” Sığorta Şirkəti ASC olub.
İndi müştərilər şirkətin veb-saytından şəxsi kabinet səhifəsinə keçid edərək “SİMA İmza” vasitəsilə “Həyatın yaşam sığortası” xidmətini rahatlıqla əldə edə bilərlər. Artıq bunun üçün müştərilərin sığorta şirkətinə getməsinə, sənədləşmə işlərinə vaxt sərf etməsinə və fiziki imza çəkməsinə ehtiyac yoxdur.
Belə ki, sənədlərin “SİMA İmza” vasitəsilə uzaqdan elektron formada imzalanması müştəri məlumatlarının anında təsdiqlənməsini və xidmətin əlçatanlığını təmin edir. Bu isə vətəndaşların vaxtına, sığortaçının isə xərclərinə qənaət etməsinə imkan yaradır. Eyni zamanda müştərilər kağız daşıyıcılardan azad olurlar.
Qeyd edək ki, yaxın gələcəkdə “SİMA İmza”nın “Xalq Həyat” Sığortanın digər xidmətləri üzrə də inteqrasiyası planlaşdırılır.
“SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər olduğu yerdən elektron xidmətlərdən yararlanırlar.
Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
Mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















