Kapital bazarları üzrə 60% bazar payı ilə "PAŞA Kapital" liderlik mövqeyini qorumaqdadır
10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini qorumaqdadır.
Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb.
Bakı Fond Birjası tərəfindən 2024-cü ilin yanvar ayı üçün açıqlanan hesabata əsasən "PAŞA Kapital" 2 milyard 604 milyon manatdan artıq dövriyyə həcmi və 60% bazar payı ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti mövqeyində möhkəmlənib. Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları və Repo bazarlarında aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib.
Kapital bazarları üzrə fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin ötən ilin müvafiq dövrü ilə müqayisədə repo əməliyyatları üzrə ticarət həcmində 272%, Maliyyə Nazirliyinin istiqrazları üzrə isə 53% artım qeydə alınıb. Həmçinin, korporativ istiqrazların ilkin yerləşdirilməsi üzrə 55 milyon manat dəyərində ticarət əməliyyatı həyata keçirilib. Onu da qeyd edək ki, şirkətin ümumi dövriyyə həcmi keçən ilin yanvar ayı ilə müqayisədə 130% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)
