Qlobal birjalarda son vəziyyət

Narahatlıqlarla dolu olan 2023-cü ildən sonra, dollar yenidən möhkəmlənir. Buna səbəb kimi “Wall Street”-in faiz dərəcələrinin əvvəllər proqnoz olunduğundan daha gec azaldılacağını etiraf etməsini qeyd edə bilərik. Dollar indeksi bu il 2.8% faiz bahalaşdıqdan sonra, hal-hazırda konsolidasiya nümayiş etdirir.
Son həftələrin yüksək iqtisadi məlumatları Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağına dair fikirləri gücləndirdi. Birləşmiş Ştatlar yanvar ayında artan faiz dərəcələrinə baxmayaraq əmək bazarının dayanıqlı olduğunu vurğulayaraq heyrətamiz 353 000 yeni iş yerinin açıldığını bildirdi. Ötən ilin dekabr ayında İstehlak Qiymətləri İndeksi (CPI) illik müqayisədə 3.4% artaraq, hələ də mərkəzi bankın 2% hədəfindən yüksəkdir.
Gəlirlərinin böyük hissəsini xaricdə qazanan ABŞ şirkətləri üçün daha güclü dollar pis xəbərdir, çünki bu, avro kimi digər valyutaların dollara çevrildikdə daha az pulun qazanılacağı deməkdir. Amma bu həm də o deməkdir ki, Amerika biznesləri və istehlakçıları idxal olunan mallara daha az vəsait xərcləyə biləcəklər və amerikalılar xaricə səyahət edərkən daha çox alıcılıq qabiliyyətinə malik olacaqlar. Daha yüksək faiz dərəcələri ölkəyə daha çox beynəlxalq kapital cəlb etməyə imkan yaradacaq, valyutaya tələbi artıracaq və bunun fonunda onun dəyəri artacaq. İnvestorların faiz dərəcəsi proqnozlarını yenidən nəzərdən keçirməsi nəticəsində bu il 10 illik xəzinədarlıq gəlirlərinin 4%-dən yuxarı qalxdığı üçün dollar yenidən möhkəmlənib.
İnvestorlar ümumiyyətlə FED-in may və ya iyun aylarında faiz dərəcələrini azaltmağa başlayacağını gözləyirlər. Əgər inflyasiya düşməyə davam edərsə və iqtisadiyyat çökmədən soyuyarsa, o zaman bazarlar olduqca yaxşı dövrə daxil olacaq.
ABŞ-dan inflyasiya göstəriciləri (CPİ)
Çərşənbə axşamı (13 fevral) ABŞ-da yanvar ayı üzrə İstehlak Qiymətləri İndeksi (CPİ) haqqında hesabat dərc ediləcək.
Bundan əlavə, bazarlar ABŞ-da cümə axşamı açıqlanacaq işsizlik üzrə müavinət alanların həftəlik statistikasına və yanvar ayı üzrə pərakəndə satışların həcminə dair göstəricilərə, həmçinin Filadelfiya və Nyu-York FED-in istehsal indekslərinə diqqət yetirəcəklər. Bunun ardınca yanvar ayında tikintisi başlanılan evlərin və tikinti üzrə icazələrin sayı və fevral ayında Miçiqanda inflyasiya göstəriciləri diqqət mərkəzində olacaq.
EUR
Ötən həftədən başlayaraq avro dollar qarşısında cüzi bahalaşmaqda davam edir. Cari həftə ərzində açıqlanacaq Avropa Birliyi üzrə iqtisadi göstəricilər, "ZEW" İqtisadi İnkişaf Proqnozu göstəricisi, Avrozona üzrə ÜDM göstəricisi, cümə axşamı AMB sədri Laqardın çıxışı investorların diqqət mərkəzində olacaq. Təhlillərə əsasən, EURUSD məzənnəsində “buğalar”-ın üstünlüyü davam edə bilər. 1.0800$ səviyyəsinin yuxarı qırılması bahalaşmanı dərinləşdirə bilər.
GBP
Funtda da cüzi bahalaşma davam edir. Cari həftə ərzində İngiltərə Bank sədrinin çıxışı, Məşğulluq Səviyyəsi göstəricisi, cərşənbə günü inflyasiya göstəriciləri, cümə axşamı ÜDM göstəriciləri investorların diqqət mərkəzində olacaq.
NEFT
İsrailin yeni istiqamətlərdə hərbi əməliyyatları davam etdirəcəyi bəyənatları neftin qiymət artımına səbəb oldu.
İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar, xüsusilə də Rəfahın bombalanması bazarın narahatlığını artırıb və neftin qiymətinin qalxmasına səbəb olub. Bundan əlavə, keçən həftə Miçiqanda ərəb-Amerika liderləri ilə qapalı görüşdə prezident Baydenin xarici siyasət üzrə əsas köməkçilərindən biri administrasiyanın Qəzza müharibəsinə verdiyi reaksiyada səhvlərə yol verildiyini etiraf edib. “HƏMAS” ilə atəşkəsin bitməsi və davam edən hərbi əməliyyatlar bazarların əvvəllər regional qeyri-sabitliyin neft qiymətlərinə təsirini lazımınca qiymətləndirmədiyini göstərir. Beynəlxalq neft qiymətləri keçən cümə günüdə daxil olmaqla (9 fevral) bir həftə ərzində 5.82% bahalaşıb. Rusiyadan xam neft ixracının artması, “OPEC+” razılaşması ilə müəyyən edilmiş hədləri aşması bazardaki vəziyyəti daha da çətinləşdirib. ABŞ-da hasilatın pik həddinə qayıtması və neft emalı zavodlarının əhəmiyyətli dərəcədə dayanması neft bazarlarını sərtləşdirib. ABŞ-da istehsal gündəlik 13.3 milyon barrelə çatdı. Benzin və orta distillə ehtiyatlarının azalması neft emalı zavodlarının gücünün azaldığını göstərir. Bu tendensiyalar Avropada dizel qıtlığı ilə birlikdə neft bazarında yüksəliş əhval-ruhiyyəsini artırdı.
Ötən həftəyə artımlarla başlayan “WTI” və “Brent” markalı neft həftənin son ticarət günündə də artım tendensiyasını davam etdirdi və həftəlik şamlarını müvafiq olaraq, 76.46$ və 82.19$ səviyyələrində bağladı. Qeyri-müəyyənliyin davam etməsi fonunda bahalaşma davam edə bilər.
XAU/USD
Ehtimallara əsasən qızılın yaxın müddətli tendensiyası əslində inflyasiya məlumatlarından asılı olacaq və bazar “sabit və ehtimal olunan artım” konsensus proqnozuna çatmışdır.
Hazırda ABŞ dollarının məzənnəsinin möhkəmlənməsi, xəzinədarlıq gəlirlərinin yüksəlməsi və Federal Ehtiyatlar Sisteminin ehtiyatlı monetar siyasət mövqeyi qızıl qiymətlərinin qısa müddətdə aşağı təzyiqlə üzləşə biləcəyini göstərir. Bununla belə, geosiyasi gərginliyin istənilən eskalasiyası, eləcə də iqtisadi məlumatlarda mənfi sürprizlər bazarda investisiya əhval-ruhiyyəsini tez bir zamanda dəyişdirə və artan bazar volatilliyinin mövcud vəziyyətini dəyişə bilər.
Dollar qarşısında 2020$ qədər ucuzlaşan qızıl, bu qiymətdən dəstək alaraq bu gün Asiya birjalarında 2021$-dək bahalaşa bildi. Hal-hazırda 2023$ ticarət olunan qızılın dahada bahalaşacağı ilə bağlı ehtimallar var.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 d. əvvəl
- 9 d. əvvəl
-
-
14 d. əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
26 d. əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 54 d. əvvəl
-
1 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
1 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
2 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
2 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
2 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
Son Xəbərlər

“Bakı Fintex Forumu 2025” keçiriləcəlk

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
