Əli Əsədov Baş nazir vəzifəsinə təyin olunur
Bu gün Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsinə baxacaq10:24 - Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.
XXX
09: 47 -Bu gün Azərbaycanın Baş naziri təyin ediləcək.
Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.
Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
Həmçinin oxu
GAC markası Azərbaycan bazarına daxil olduAzərbaycan Respublikası Baş nazirinin səlahiyyətlərini icra edən Əli Hidayət oğlu Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub, 1964-1974-cü illərdə Bakı şəhərində 134 nömrəli məktəbdə təhsil alıb.
1974-cü ildə Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub və 1978-ci ildə həmin İnstitutu bitirib.
1978-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi çalışıb.
1978-1980-ci illərdə ordu sıralarında xidmət edib.
1980-ci ildə yenidən Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna qayıdaraq, 1981-ci ilədək baş laborant kimi fəaliyyətini davam etdirib.
1981-1984-cü illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda aspirant olub, 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
1985-1989-cu illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi və elmi işçi kimi fəaliyyət göstərib.
1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb və 1995-ci ilədək Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent və kafedra müdiri kimi çalışıb.
1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
1998-ci il aprelin 17-də Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
2012-ci il 29 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin olunub.
2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri kimi çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.
1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, YAP-ın Siyasi Şurasının üzvüdür.
Təltiflər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2012-ci il)
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2016-cı il)
Ailəlidir, iki övladı var.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 18 saat sonra
-
1 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
1 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu























