AccessBank və Tegeta Motors Baku əməkdaşlıq müqaviləsi imzalayıblar
AccessBank və Tegeta Motors Baku Azərbaycanda xüsusi texnikanın maliyyələşdirilməsi və satışı sahəsində əməkdaşlıq müqaviləsi imzalayıblarAzərbaycanda kiçik və orta biznesin (KOB) inkişafını fəal təşviq edən, aparıcı maliyyə institutu olan AccessBank, ixtisaslaşdırılmış avadanlıqların ehtiyat hissələrinin satışı, servisi və təchizatı sahəsində tanınmış lider - Tegeta Motors Baku ilə müqavilə imzalayıb.
Bankdan Marja.az-a verilən məlumata görə, maliyyə əməkdaşlığı və xüsusi texnikanın satışını əhatə edən müqavilə sonradan uzadılma imkanı ilə 12 aylıq müddəti əhatə edir.
“Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafının dəstəklənməsi AccessBank-ın prioritet istiqamətlərindəndir və biz maliyyə əlçatanlığının təmin edilməsi və sahibkarlar üçün güzəştli şərtlərlə xüsusi avadanlıqların alınması prosesinə növbəti töhfəmizi verməkdən məmnunuq. AccessBank etibarlı tərəfdaş kimi sahibkarların etimadını qazana bilib və biz bundan sonra da bu prinsipə sadiq qalaraq, sahibkarlığın inkişafının müxtəlif mərhələlərində dəstək olacağıq”, - deyə, AccessBank-ın İdarə Heyətinin üzvü, Mikro və Aqro sahibkarlarla iş üzrə İcraçı Direktoru Renat Hümbətov bildirib.
“Biz şadıq ki, AccessBank ilə birlikdə müştərilərimizə sərfəli şərtlərlə xüsusi avadanlıq almaq imkanı təklif edə bildik. Tegeta şirkəti Britaniyanın JCB brendinin Azərbaycandakı eksklüziv nümayəndəsidir. JCB-nin birinci dərəcəli tikinti və xüsusi avadanlıqlarına əlavə olaraq, biz müştərilərimizə satış sonrası xidmət təklif edirik. Şirkətimiz təkcə pərakəndə satış seqmentində deyil, həm də korporativ sektorda da xüsusi avadanlıqlar üçün ehtiyat hissələri satır. Biz tikinti, logistika və neft sənayesində aparıcı şirkətlərlə əməkdaşlıq edirik. Müvafiq olaraq, hesab edirik ki, AccessBank ilə imzalanmış əməkdaşlıq müqaviləsi sahibkarlıq fəaliyyətinin inkişafının təşviqində daha bir mühüm addımdır”, - Tegeta Motors Baku-nun direktoru Aleksandr Lapereşvili bildirib.
2017-ci ilin fevral ayında beynəlxalq Tegeta Motors şirkəti tərəfindən yaradılmış Tegeta Motors Baku xüsusi avadanlıqların təmiri, texniki xidməti və ehtiyat hissələrinin satışı üzrə lider mövqe tutur. Azərbaycanın aparıcı şirkətlərindən birinə çevrilərək qısa zamanda istifadəçilərin rəğbətini qazanıb. Təkcə pərakəndə satışla deyil, həm də xüsusi texnika üçün ehtiyat hissələrinin korporativ satışı ilə məşğul olan Tegeta Motors Baku, tikinti, yükdaşıma və neft sektorunda aparıcı şirkətlərlə əməkdaşlıq edir. Tegeta Motors müştərilərinə yüksək səviyyəli xidmət və müştəri məmnuniyyətini təmin etməklə Bakı, Çin, Türkiyə və bir çox Avropa ölkələrindən keyfiyyətli məhsullar təklif edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. *AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
7 d. əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
21 d. əvvəl
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
-
1 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
PAŞA Bank “Oyun 360” məhsulunu istifadəyə verdi
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır

















.jpg)





