"Fitch Ratings" Azərbaycanın bank sektorunun fəaliyyətinə müsbət təsir edən amilləri açıqlayıb

"Qafqaz regionunda bir sıra banklar 2022-2023-cü illərdə rekord səviyyədə yüksək göstəricilər əldə edib və biz bunun davam edəcəyini gözləyirik".
Bu barədə "Fitch Ratings" beynəxalq reytinq agentliyinin açıqlamasında bildirilib. Agentlik qeyd edib ki, region bankları müsbət suveren kredit reytinqlərinin yaratdığı əlverişli əməliyyat mühiti və sürətli iqtisadi artımdan faydalanıb. Bu ölkələrdə aktivlər üzrə yüksək faiz dərəcələri və yüksək likvidliyin yaratdığı aşağı maliyyələşdirmə xərcləri, o cümlədən faiz gəlirlərinin 1-2% həcmində artması bank sektorunun mənfəətliliyinə təsir edib. Yüksək neft qiymətləri və aktivlərin keyfiyyəti ilə bağlı risklərin azaldılması Azərbaycan banklarının fəaliyyətinə müsbət təsir edib.
Vurğulanıb ki, Azərbaycanda sürətli kredit artımı və bankların səhmdarlarına böyük həcmdə dividend ödəmələri kapital əmsallarına təsir etsə də, yüksək gəlirlilik fonunda kapitallaşmanın məqbul səviyyədə qalacağı gözlənilir.
"Fitch" qeyd edib ki, əlverişli makroiqtisadi şərait və sağlam kredit artımı regionda kredit keyfiyyət göstəricilərində davamlı təkmilləşmələri dəstəkləyir. Müsbət dinamika bankların keçmiş risklərinin əhəmiyyətli dərəcədə azaldığının müşahidə edildiyi Azərbaycanda xüsusilə nəzərə çarpır.
Agentlik həmçinin hesab edir ki, region ölkələrinin bank sektoru üzrə likvidlik yüksəkdir. Belə ki, Ermənistan və Gürcüstanda 2022-ci ildə əhəmiyyətli qeyri-rezident daxilolmalarından sonra 2023-cü ildə depozitlərin həcmi sabit olub. Bank sektoru üzrə kredit/depozit nisbəti (LDR əmsalı) 2023-cü ilin sonunda 90%-100% təşkil edib. Azərbaycanda isə bu nisbət 60%-lə MDB+ regionunda ən yüksək göstəricilərdən biridir.
"Son illərdə regionda banklar üzrə müsbət reytinqlərin artması müşahidə olunur. Biz Ermənistan banklarını əhəmiyyətli dərəcədə təkmilləşdirən kredit göstəricilərini əks etdirərək təkmilləşdirdik və 2024-2025-ci illərdə göstəricilərin tarixi normaları üstələyəcəyini gözləyirik. Azərbaycan və Gürcüstanda bir neçə bank üzrə müsbət proqnoz verilməsi onların yüksək potensialına işarə edir" - "Fitch" əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
4 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 6 d. əvvəl
-
12 saat əvvəl
DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsində sənədlər tədqiq edilib
-
12 saat əvvəl
“Alshaya Group” şirkətinin təcrübələrinin ölkəmizə transferi müzakirə olunub
- 13 saat əvvəl
-
14 saat əvvəl
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib - 50 DOLLARI DA KEÇDİ
-
14 saat əvvəl
“Azerconnect Group” regionun ən böyük kibertəhlükəsizlik tədbirinə dəstək oldu
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Hər tərzə uyğun yatırım hesabı

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

“Azərikard”dan Mərkəzi Bankın qərarı ilə bağlı AÇIQLAMA
Ən çox oxunanlar

AzVak-da yeni vakansiyalar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Putin və Əliyevin görüşündə əsas bəyanatlar

Xalq Bank əmanət məhsulları üzrəşərtlərini yenilədi -Bank sərfəli kampaniya təqdim edir

Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcək, günahkarlar cəzalandırılacaq

Putin və Əliyev Düşənbədə görüşdülər
