Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 50 faizə qaldıracağı gözlənilir
Deutsche Bank, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının bu ay faizini 5 bənd artırmasının "yüksək ehtimal" olduğunu bildirir.Dünyanın aparıcı maliyyə xidmətləri qurumlarından biri olan "Deutsche Bank" Türkiyədə inflyasiya dinamikasının pisləşməsi ilə əlaqədar olaraq faiz dərəcəsi proqnozunu yenidən nəzərdən keçirib.
Marja.az xəbər verir ki, Bank, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) mart ayında keçirilən iclasında 5 bənd faiz artırmasının "yüksək ehtimal" olduğunu və faiz dərəcəsinin 45 faizdən 50 faizə yüksələ biləcəyini gözləyir.
Bankın analitikləri, "Siyasətlər düzgün istiqamətdə gedir. Fitch-in son kredit reytinqi artımı da ortodoks siyasətlərə (ənənəvi və ya ümumi qəbul edilmiş qaydalara uyğun - red) qayıdışın bir əksidir. Bununla belə, iqtisadiyyatdakı çətinliklər davam edir. Bunlar davamlı inflyasiya təzyiqləri və bankın xalis ehtiyatlarında ciddi azalmadır. Qarşıdan gələn yerli seçkilər qeyri-müəyyənlik yaradır. Türk Lirəsinin ucuzlaşmasının xarici valyutaya tələbi artıracağı ilə bağlı narahatlıq da var. Uzunmüddətli perspektivdə TCMB-nin son rübə qədər pauzada qalacağını və faiz endirimlərinin mərhələli olacağını gözləyirik. İlin sonuna siyasət faiz proqnozumuz 45 faizdir", - bildirib.
Qeyd edək ki, dünən dollar tarixdə ilk dəfə 32 lirəni keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















.jpg)

