“Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” üzrə gəlirlərin azalma səbəbləri açıqlanıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ildə “Şahdəniz” yatağından (qaz və kondensat) olan gəlirləri 6,9 dəfə azalaraq 78,5 milyon dollar, o cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 3,7 dəfə azalaraq 15,7 milyon dollar olub. Hesabat dövründə “Azəri-Çıraq-Günəşli” yataq bloku üzrə gəlirləri də 1,5 dəfə azalaraq 862 milyon dollar təşkil edib.
Dövlət Neft Fondundan sorğuya cavab olaraq, AÇG və “Şahdəniz” üzrə gəlirlərin azalma səbəbləri açıqlanıb.
“Dövlət Neft Fonduna daxil olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri üzrə gəlirlərin cari ilin ilk 2 ayında 2023-cü ilin analoji dövrü ilə müqayisədə azalması, əsasən “Şahdəniz” yatağı üzrə satılan qazın Avropa bazarında satış qiymətinin qeyd edilən müvafiq dövr aralığı ərzində kəskin aşağı düşməsi, eyni zamanda, “Azəri-Çıraq-Günəşli” üzrə hasilatın təbii azalma tempi, neftin satış dinamikası və vəsaitlərin hesablaşmaları proseduru ilə əlaqədardır”, - deyə ARDNF sorğuya cavabında bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























