Səudiyyə Ərəbistanı süni intellektin inkişafına 40 milyard dollar sərmayə qoymağı planlaşdırır
The New York Times-a görə, krallıq süni intellektə ən böyük investor ola bilərSəudiyyə Ərəbistanı hökuməti süni intellekt (AI) texnologiyalarına sərmayə qoymaq üçün təxminən 40 milyard dollarlıq fond yaratmağı planlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, Səudiyyə Ərəbistanı Mark Andreessen və Ben Horowitz tərəfindən yaradılan Silikon Vadisi vençur fondu "Andreessen Horowitz" və digər investorlarla əməkdaşlığı müzakirə edir. Krallığın rəsmiləri tərəfdaşlarına bildiriblər ki, onlar ölkədə bir neçə texnoloji startap, o cümlədən öz süni intellekt şirkətləri yaratmağı nəzərdən keçirirlər.
Onların fikrincə, Səudiyyə Ərəbistanının investisiya layihəsi böyük ehtimalla bu ilin ikinci yarısında həyata keçirilməyə başlanacaq. Qeyd edilib ki, Səudiyyə Ərəbistanının Suveren Fondunun rəhbəri Yasir əl-Rumayyan və Mark Andreessen Ər-Riyadda "Andreessen Horowitz" vençur kapitalı fondunun ofisinin açılması imkanını müzakirə ediblər.
"The New York Times" qeyd edib ki, fond Səudiyyə Ərəbistanını süni intellektə dünyanın ən böyük sərmayədarına çevirə və iqtisadiyyatını şaxələndirməyə sadiqliyini nümayiş etdirə bilər. Ölkə bu məqsədləri aktivləri 900 milyard dollardan çox olan Suveren Fond vasitəsilə həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 21 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 43 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır






















