“Jolly Joker” Bakıdakı yeni məkanı ilə sərhədlərini genişləndirir
Türkiyənin ən böyük və ən prestijli konsert şəbəkəsi olan “Jolly Joker” brendi Azərbaycanda öz yeni filialını açır.(®) Türkiyənin ən nüfuzlu sənətkarlarını Azərbaycandakı dinləyiciləri ilə bir araya gətirəcək “Jolly Joker Bakı” 20 aprel tarixindən etibarən qapılarını pərəstişkarların üzünə açacaq. İlk olaraq Yıldız Tilbe, Dolu Kadehi Ters Tut qrupu, Levent Yüksel, Yüzyüzeyken Konuşuruz qrupu, Gökhan Türkmen, Adamlar qrupu, Son Feci Bisiklet qrupu və İrem Derici kimi simalar paytaxt Bakının qonağı olacaq.
22 filialı ilə Türkiyənin ən böyük və ən prestijli konsert şəbəkəsi olan “Jolly Joker” brendi Azərbaycanda öz yeni filialını açır. Əvvəllər “Elektra Events Hall” kimi tanınan və hər kəs tərəfindən sevilən konsert zalı artıq “Jolly Joker Bakı” olaraq şəhərimizin əyləncə həyatına yeni bir nəfəs gətirəcək və 20 aprel tarixində Yıldız Tilbe konserti ilə fəaliyyətə başlayacaq.
“Jolly Joker Bakı” Səhnəsində İlk Olaraq Səhnə Alacaq Simalarla Görüşə Sayılı Günlər Qaldı
16 ildir yüksək keyfiyyət standartlarında tərtib edilmiş konsert məkanlarında ulduzlarla pərəstişkarlarını birləşdirən “Jolly Joker” geniş və fərqli kütlələri bir araya gətirərək Bakıdakı konsert məkanında Türk ulduzlardan başqa yerli və xarici sənətkarları da öz səhnəsində qonaq edəcək. 20 aprel Yıldız Tilbe, 21 aprel Dolu Kadehi Ters Tut qrupu, 27 aprel Levent Yüksel, 4 may Yüzyüzeyken Konuşuruz qrupu, 10 may Gökhan Türkmen, 11 may İrem Derici, 17 may Son Feci Bisiklet qrupu ve 1 iyun Adamlar qrupu “Jolly Joker Bakı”da səhnə alacaq.
Jolly Joker Yeni Məkanı ilə Azərbaycanın Qəlbində
Azərbaycanın qəlbində “Jolly Joker Bakı”nı açmağın sevincini bölüşən “Jolly Joker”in İdarə Heyətinin üzvü Can Aydoğdunun sözlərinə görə “Jolly Joker”in qloballaşma yolundakı ilk addımı qardaş ölkə Azərbaycandan başlayır və yeni açılacaq məkanda “Jolly Joker Bakı” komandası hər zaman rəngarəng və yüksək standartlara cavab verəcək konsert və əyləncələr təşkil etməyə çalışacaq.
Rezervasiya və Ətraflı Məlumat üçün +994 50 700 70 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Konsert Biletlərini iTicket.az vebsaytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























