Ziraat Bank Azərbaycan seyf qutusu xidmətini göstərən filiallarının sayını artırıb
(®) Qiymətli əşyaların və vacib sənədlərin təhlükəsizliyi üçün istifadə olunan əsas vasitələrdən biri seyf qutuları xidmətini, Ziraat Bank Azərbaycan artıq yeni açılmış filialında da müştərilərinə təqdim edir. Bayram günlərində bu xidmətin vacibliyi artmaqdadır. Müştərilər seyf qutuları xidmətindən istifadə edərək, qiymətli əşyalarını və sənədlərini qabaqcıl nəzarət sistemləri ilə təchiz edilmiş və 24/7 mühafizə edilən seyflərdə, tamamilə təhlükəsiz şəkildə saxlaya bilərlər.
Seyf qutusu xidməti Ziraat Bank Azərbaycanın Müştəri Xidmətləri Departamenti və 2023-cü ilin dekabr ayının sonunda açılan yeni Babək filialında müştərilərə təqdim edilir. Seyflərin icarə müddəti və ölçülərindən asılı olaraq, tariflər 25-50 AZN arası dəyişir. Bank seyflərini icarə müddəti isə 1 aydan 12 ayadəkdir. Bankın seyf qutuları xidməti ilə bağlı əlavə məlumat üçün, müştərilər Bankın rəsmi saytına keçid edə bilərlər: https://ziraatbank.az/az/ferdi-seyf-qutulari
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























