Azərbaycan Kredit Bürosunun yeni skorinq xidməti istifadəyə verilib
Azərbaycan Kredit Bürosu (Büro) yeni skorinq xidmətini - "FinScore”-u tərəfdaşlarının istifadəsinə təqdim edib.
Büronun yydığı məlumatda bildirilir ki, skorinq statistik metodlara əsaslanan, borcalanların krediti ödəmə qabiliyyətinin və maliyyə intizamının müəyyən edilməsinə dəstək olmaqla maliyyə inklüzivliyinin artırılmasına töhfə vermək məqsədilə Büro tərəfindən istifadəyə verilmiş xüsusi riyazi-statistik modeldir.
Yeni xidmətdən istifadə zamanı tərəfdaşlar şəxsin cari skoru ilə yanaşı, skorun formalaşmasına ən çox təsir edən 4 əsas meyarı, habelə şəxsin son 12 aylıq skor tarixçəsini də əldə edəcəklər.
Xidmət Büro tərəfindən Türkiyənin Kredi Kayıt Bürosu (KKB) ilə birgə əməkdaşlıq şəraitində hazırlanmışdır. Layihənin hazırlanması zamanı Büronun tərəfdaşları olan bankların, bank olmayan kredit təşkilatlarının, nisyə mal alqı-satqısı həyata keçirən təşkilatların və Büronun digər tərəfdaşlarının sahə üzrə nümayəndələri də prosesə cəlb olunmuş, bir sıra görüşlər keçirilmiş və onların müvafiq istiqamətdə rəy və təklifləri əldə edilərək layihənin icrasında istifadə edilmişdir.
Qeyd edək ki, yeni modelin proqnozlaşdırma gücü kifayət qədər yüksəkdir (Gini əmsalı - 72.2). Məlumat üçün əlavə edək ki, beynəlxalq praktikada kredit büro skorlarında 70+ Gini əmsalı ən yüksək göstərici hesab edilir.
Yeni xidmət Findoc portalı vasitəsilə vətəndaşların da istifadəsinə təqdim edilmişdir. Hər bir vətəndaş müvafiq portaldan qeydiyyatdan keçərək öz kredit tarixçəsini və skor hesabatını ildə iki dəfə tam ödənişsiz əldə edə bilər. Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir.
Hazırda Findoc portalında qeydiyyatdan keçmiş şəxslərin sayı 70 mindən artıqdır.
Findoc portalından məsafədən qeydiyyatdan keçmək üçün https://findoc.az/ linkindən istifadə edilir.
Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılması, saxlanılması, təhlili, kredit hesabatlarının formalaşdırılması, borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.
Hazırda Büroya qoşulmuş təşkilatların sayı 250-ə yaxındır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
8 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























