Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Böyük Britaniyada inflyasiya göstəricilərinin proqnozların üzərində dərc olunması treyderləri və investorları qarşıdakı aylarda monetar siyasətin yumşaldılması ilə bağlı perspektivləri daha ehtiyatlı qiymətlərndirməyə vadar edib. İstehlak Qiymətləri İndeksinin aylıq ifadədə 0.2% səviyyəsində açıqlanması proqnozlaşdırılsa da, göstərici 0.3% təşkil edib. İllik ifadədə inflyasiya mart ayı ilə müqayisədə aprel ayında 3.2%-dən 2.3%-ə enib. Cari göstəricilər iki il müddətində ən aşağı nəticələrdir və İngiltərə Bankının hədəfinə yaxın bir səviyyələrdir.
Eləcə də, ABŞ Federal Ehtiyatlarlar Sisteminin (FED) bir gün əvvəl keçirilən toplantısının protokollarının dərcindən sonra, cümə axşamı günü səhər dolların major valyutalar qarşısında dəyəri bir qədər azaldı. Dollar indeksi 0.07% azalaraq 104.86 bənd təşkil edib.
Çərşənbə günü FED-in 30 aprel - 1 may tarixlərində keçirilən iclasının protokolları dərc olunub. Sənədə əsasən, Açıq Bazar Komitəsinin üzvləri inflyasiyanın 2%-lik hədəf səviyyəsinə qədər ləngiməsi prosesinin proqnoz ediləndən daha uzun çəkə biləcəyindən narahat olduqlarını bildiriblər. Toplantı iştirakçıları istehlak qiymətlərinin artım tendensiyasının ortamüddətli perspektivdə hədəf səviyyəsinə nail olunacağını ehtimal etdiklərini qeyd ediblər.
Eyni zamanda, investorlar Yaponiyadan gələn statistik məlumatları da qiymətləndirirlər. Yaponiyanın may ayında Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi (PMI), ilkin hesablamalara görə, aprel ayı ilə müqayisədə 52.3 bənddən 52.4 bəndədək yüksəlib. Xidmət sektoru üzrə PMI 54.3 bənddən 53.6 bəndədək azalıb, sənaye sektoru üzrə PMI isə 49.6 bənddən 50.5 bəndədək yüksəlib. Yaponiyada inflyasiya ilə bağlı statistik məlumatların dərci cümə gününə planlaşdırılıb.
FOMC toplantısının protokollarının dərc olunmasından sonra cümə axşamı səhər qızılın qiyməti 1 troya unsiyası üçün 2373$ səviyyəsinə enib. Nyu-Yorkun “Comex” birjasında iyun ayı üzrə qızıl fyuçerslərinin qiyməti 19.75$ və ya 0.83% ucuzlaşaraq, 1 troya unsiyası üçün 2373.15$-a, gümüşün iyul fyuçerslərinin qiyməti isə 2.57%, 1 unsiya üçün 30.688$-a enib. Qızıl bazar ertəsi günü tarixi rekordunu yenilədikdən sonra, ardıcıl üçüncü gündür ki, ucuzlaşır.
Bugün bazar iştirakçıları ABŞ-da açıqlanacaq iqtisadi göstəriciləri diqqətlə izləyəcəklər. Analitiklərin fikrincə, mayın 18-də bitən həftə üçün işsizlik müavinəti üçün müraciət edənlərin sayı əvvəlki həftə ilə müqayisədə 2 min nəfər azalaraq 220 min nəfər təşkil edib. Rəsmi məlumatlar bugün, Bakı vaxtı ilə saat 16:30-da ölkənin Əmək Nazirliyinin saytında dərc olunacaq.
Həmçinin bugün Avrozonada sənaye və xidmət sektorları üzrə Biznes Aktivliyi İndeksi (PMI) dərc olunacaq. Ekspertlər aprel ayı ilə müqayisədə PMI göstəricisinin sənaye sektorunda 45.7 bənd səviyyəsindən 46.2 bənd səviyyəsinə kimi, xidmət sektorunda isə 53.3 bənddən 53.6 bəndədək artacağını proqnoz edirlər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analaitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
20 d. əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb







.jpg)












.jpg)








