Goranboyda KOB dostu fəaliyyətə başlayıb
Sahibkarların dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeniliklər barədə məlumatlandırılması, inkişaf ehtiyaclarının və təkliflərinin dinlənilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları bu dəfə Goranboy rayonunda olublar.
Biznes subyektlərinə sahibkar maraqlarının müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxış, məsləhət, təlim, hüquqi yardım kimi istiqamətlərdə dəstək və xidmət göstərən Agentlik əməkdaşları Goranboy rayonunda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar ilə görüşüblər. Görüşdə sahibkarlığın qurulmasına və inkişafına göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən KOBİA-nın xidmətləri barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Tədbirdə sahibkarlar tərəfindən səsləndirilən təkliflərin aidiyyəti üzrə müvafiq qurumlara çatdırılacağı qeyd edilib. 130-a yaxın sahibkarın iştirak etdiyi tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin, rayonda sahibkarlara dəstək və xidmət göstərən qurumların nümayəndələri də iştirak ediblər.
Görüş çərçivəsində həmçinin, KOBİA-nın Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə sayca 5-ci KOB dostu ofisinin Goranboyda fəaliyyətə başlaması barədə məlumat verilib.
Goranboy Mədəniyyət Mərkəzində fəaliyyət göstərən KOB dostu ofisi ilə tanışlıq zamanı qeyd edilib ki, bu ölkə üzrə sayca 51-ci KOB dostu ofisidir. Regionda Goranboyla yanaşı, Gəncə, Daşkəsən, Göygöl və Samuxda da KOB dostu ofisləri fəaliyyət göstərir. KOB dostları Agentliyin yerlərdə fəaliyyətinin səmərəli təşkilində, sahibkarların ehtiyaclarının yerində müəyyənləşdirilməsində və müvafiq tədbirlərin görülməsində əhəmiyyətli rol oynayır. KOB dostu Goranboyda və ətraf rayonlarda biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. Yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və onların investisiya təşəbbüslərinin reallaşdırılması KOB dostunun başlıca fəaliyyət istiqamətlərindən olacaqdır. Sahibkarlarla fərdi və qrup halında görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi, dövlət qurumlarının iştirakı ilə tədbirlərin təşkili məqsədilə KOB dostu ofisində lazımi şərait yaradılıb. Tədbirdə iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev sahibkarları və biznesə başlamaq istəyən vətəndaşları KOB dostu ilə fəal əməkdaşlığa dəvət ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





