ABB səhmdarlarına 185 milyon manat dividend ödəyəcək!
27 may 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Bankın yaydığı məlumatda bildirilir ki, Yığıncaqda ABB-nin 2023-cü il üzrə kənar auditor tərəfindən təsdiq olunmuş maliyyə hesabatı təsdiqlənib, eyni zamanda 2023-cü ilin maliyyə nəticələrinə əsasən, ABB-nin səhmdarlarına 185 000 000 manat məbləğində dividendin ödənilməsinə qərar verilib. Bununla da ABB-nin səhmləri üzrə dividend gəlirliliyi 15,1% təşkil edir.
Bununla yanaşı, iclasda bir sıra təşkilati məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul olunub. Belə ki, ABB-nin Müşahidə Şurasının tərkibi növbəti müddətə təsdiqlənib və 2 üzv əlavə edilib. Yeni üzvlər Rüfət Əlimərdanov və Məcid Məmmədovdur.
1969-cu il təvəllüdlü Rüfət Əlimərdanov Azərbaycan Dövlət İqtisad Universitetində və Texas Universitetində təhsil alıb. 1997-ci ildən müxtəlif maliyyə institutlarında rəhbər vəzifələrdə çalışır. Digər üzv – 1981-ci il təvəllüdlü Məcid Məmmədov isə BDU-nun, Azərbaycan Dövlət İqtisad Universitetinin və Varvik Biznes Məktəbinin məzunudur. 2005-ci ildən müxtəlif kommersiya qurumlarında, o cümlədən bank sektorunda çalışıb. Qanunvericiliyin tələblərinə əsasən, təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra namizədlər öz vəzifələrinin icrasına başlayırlar.
ABB Səhmdarlarının Ümumi Yığıncağında İdarə Heyəti sədrinin səlahiyyət müddəti 3 il uzadılıb.
Habelə, Səhmdarların Ümumi Yığıncağında əlavə səhmlərin buraxılması yolu ilə ABB-nin nizamnamə kapitalının artırılması qərara alınıb. Səhmlərin buraxılması kütləvi təklif üsulu ilə həyata keçiriləcək və emissiya çərçivəsində zəruri olan digər əsaslar emissiya prospektində müəyyən olunaraq ictimaiyyətə məlumat veriləcək.
Eyni zamanda, iclas zamanı ABB-nin Nizamnaməsi və Müşahidə Şurası haqqında Əsasnamə yeni redaksiyada təsdiqlənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 25 d. əvvəl
-
-
31 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 45 d. əvvəl
-
53 d. əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
-
1 saat əvvəl
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Ən çox oxunanlar
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
“Broker” anlayışı dolayı və birbaşa gömrük təmsilçiliyi ilə əvəz edilir, reyestr yaradılacaq, lisenziya ləğv ediləcək
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib



























