“AzFinance İnvestisiya Şirkəti”nin gəlirləri 2 dəfədən çox azalıb
“AzFinance İnvestisiya Şirkəti” QSC 2023-cü ili 464 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 705 min manat xalis mənfəət ilə bğalmışdı. Beləliklə, ötən il “AzFinance İnvestisiya Şirkəti”nin xalis mənfəəti 34,2% azalıb.
Marja.az xəbər verir ki, “AzFinance İnvestisiya Şirkəti”nin əsas fəaliyyətlərdən cəmi gəlirləri 2022-ci ildə 1 milyon 604 min manat ikən, 2023-cü ildə 761 min manata düşüb (843 min manat və ya 52,5% azalıb). Ötən il Şirkətin portfelin idarə olunması və konsaltinq xidmətlərindən gəlirləri kəskin azalıb.
Şirkətin xalis haqq və komissiya gəlirləri 38,9% azalaraq 200 min manata geriləyib.
2023-cü ildə “AzFinanc"ın ticarət qiymətli kağızları üzrə gəliri 608 min manat və ya 2,2 dəfə artaraq 1,1 milyon manata yüksəlib.
Ötən “AzFinance İnvestisiya Şirkəti” QSC cəmi aktivləri 2 milyon 872 min manat və ya 24,1% artaraq 31 dekabr 2023-cü il tarixində 14 milyon 772 min manata çatıb. Aktivlərdəki artım borc qiymətli kağızları üzrə investisiyaların 3 dəfə artaraq 2 milyon 380 min manata yüksəlməsilə əlaqədardır.
“AzFinance İnvestisiya Şirkəti” QSC-nin səhmdarları Mamedov Abid Mamed oğlu və Səfərəliyev İntiqam Bəhman oğludur. “AzFinance Asset Managment" MMC-də (iştirak payı 99%), "AzeSteelCompany" ASC-də (iştirak payı 65%) və BOKT "Optimal Finance" MMC-də (iştirak payı 70%) payları var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)




.jpg)

