Ziraat Bank Azəraycan uşaqlar üçün “Gələcəyin bankirləri” layihəsini həyata keçirib

(®) Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Gələcəyin bankirləri” layihəsini həyata keçirib.
Tədbirin məqsədi uşaqlar və yeniyetmələr arasında maliyyə savadlılığının artırılması, onların maliyyə sahəsi ilə bağlı maraq dairələrində olan ixtisaslarla yaxından tanış olması olub. Layihə çərçivəsində Ziraat Bank Azərbaycanda çalışan bütün əməkdaşların övladları baş ofisdə qonaq olublar. Bankda keçirilən ekskursiya zamanı uşaqlar ilk öncə bank anlayışı və bankda fəaliyyət göstərən departamentlərin işi ilə yaxından tanış olublar.
Müxtəlif struktur bölmələrdə çalışan əməkdaşlar uşaqlara öz ixtisasları və göstərdikləri xidmətlər haqqında ətraflı məlumat veriblər. Əməliyyat departamentində ekskursiya zamanı uşaqlara bank kartları və ATM-lər ilə bağlı işləmə prinsipi əyani şəkildə izah edilib.
Həmçinin layihə çərçivəsində uşaqlar üçün əyləncə proqramı da təşkil olunub. Proqram zamanı uşaqların istirahət etməsi ilə yanaşı elmə maraqlarının artırılması məqsədi ilə mütəxəssislər tərəfindən təşkil edilmiş eksperimentlər şousu göstərilib. Sonda isə tədbirdə iştirak edən uşaqlara bank tərəfindən xatirə hədiyyələri təqdim olunub.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
