“Sea Breeze”də “McDonald's Azərbaycan”ın yeni restoranı açılıb! - FOTO
İyunun 8-də dəniz kənarında “Sea Breeze Resort” kompleksində “McDonald's Azərbaycan”ın yeni restoranının açılışı olub.
Açılış mərasimində “Sea Breeze Resort”un sahibi Emin Ağalarov və “McDonald's Azərbaycan”ın Müşahidə Şurasının sədri Fərid Əli Zadə iştirak ediblər.
Yeni “McDonald's” restoranı hər kəsi rahat atmosferdən və ləziz təamlardan həzz almağa dəvət edir. Restoranın açıq havada vaxt keçirə və Xəzər dənizinin gözəl mənzərələrindən zövq ala biləcəyiniz geniş terrası var. Ümumilikdə restoranda təxminən 200 oturacaq yeri var.
Yeni restoranın özəlliklərindən biri də ziyarətçiləri zəriflik və rahatlıq atmosferinə qərq edəcək “Geometry” dizaynıdır. Restoran həmçinin masa arxasında əyləşərək sifarişinizi qəbul etməyə və əlavə rahatlıq yaşamağa imkan verən “Table Service” xidməti təklif edir.
Bu restoranın açılışı ilə 70-dən çox yeni iş yeri yaradılıb. Aparıcı ictimai iaşə şəbəkələrindən biri olaraq, “McDonald’s Azərbaycan” şirkəti ümumilikdə 2500 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.
Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan “McDonald’s” şirkəti 25 ildir ki, yerli istehsalın genişlənməsinə xidmət etməklə, ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.
“McDonald's Azərbaycan”ın tədarük və logistika, işəgötürmə kimi iqtisadiyyatın müxtəlif sektorlarından olan 100-dən çox yerli şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s. şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.
Bakı ətrafında yerləşən premium dəniz kurortu və dənizkənarı kompleks olan “Sea Breeze” 2006-ci ildə Emin Ağalarov tərəfindən təsis edilib. Buranın mülayim iqlim və böyük dəniz akvatoriyası müasir infrastruktur, həmçinin şəhər sakinləri və qonaqları üçün hər cür xidmət və əyləncə ilə ahəngdar şəkildə tamamlanır. Kompleksin ümumilikdə 500 hektar ərazisində müxtəlif apart-hotellər və villalar, çimərlik kompleksləri, fitnes mərkəzləri, restoranlar, uşaq meydançaları, əyləncə parkı, sirk, məktəb və s. yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)








