Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da önəmli iqtisadi məlumatların açıqlanması ərəfəsində dollar major valyutalar qarşısında bahalaşır. EUR/USD məzənnəsi 1.0738 səviyyəsində, USD/JPY məzənnəsi 157.24 səviyyəsində, GBP/USD məzənnəsi isə 1.2738 səviyyəsində ticarət olunur. Dollar indeksi 0.06% artaraq 105.3 bənd təşkil edib.
Beynəlxalq birjalarda neftin qiyməti ABŞ-da neft ehtiyatları ilə bağlı məlumatların açıqlanmasından sonra yüksəlir. “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 0.43% artaraq bir barrel üçün 82.27$-a, “WTI” markalı neftin iyul fyuçerslərinin qiyməti isə 0.56% artaraq bir barrel üçün 78.34$-a çatır.
Bugün gecə saatlarında Amerikanın Neft İnstitutu (API) ölkədə kommersiya məqsədli neft ehtiyatları haqqında məlumatları dərc etdi. İyunun 7-də bitən həftədə ehtiyatlar, proqnozların üzərində, 2.428 milyon barrel azalıb. Qeyd etmək lazımdır ki, bugün axşam ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) neft və neft məhsulları ehtiyatlarına dair rəsmi məlumatı dərc edəcək.
Eləcə də, bugün ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi ölkədəki kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) haqqında məlumatları açıqlayacaq. İyunun 7-də bitən həftədə ölkənin kommersiya neft ehtiyatlarının 1.8 milyon barrel azalaraq 454.1 milyon barrelə enəcəyi proqnozlaşdırılır.
Çərşənbə günü ABŞ-ın Əmək Nazirliyi ölkədə istehlak qiymətləri ilə bağlı məlumatları dərc edəcək. Mayın sonunda illik inflyasiyanın aprel ayı ilə eyni səviyyədə, 3.4% həddində qalacağı proqnoz edilir. Həmçinin, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) iki günlük iclasdan sonra uçot faiz dərəcəsi ilə bağlı qərarını bildirəcək. Federal Açıq Bazar Komitəsinin qərarı Bakı vaxtı ilə saat 22:00-da dərc olunacaq.
Bakı vaxtı ilə saat 10:00-da Almaniya Federal Statistika İdarəsi “Destatis” ölkədə istehlak qiymətləri ilə bağlı yekun məlumatları dərc edəcək. Analitiklər hesab edirlər ki, Almaniyada illik inflyasiya may ayında 2.2%-dən 2.4%-ə qədər yüksəlib.
Eyni zamanda, ONS (Milli Statistika İdarəsi) Britaniyada sənaye istehsalı ilə bağlı məlumatları dərc edəcək. Aprel ayında ölkədə sənaye istehsalı həcminin aylıq ifadədə 0.1% azaldığı, illik ifadədə isə 0.3% artığı ehtimal olunur.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 12 d. əvvəl
-
-
29 d. əvvəl
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
-
1 saat əvvəl
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Hörmüz boğazı bir az da bağlı qalsa neftin qiyməti 150 dollara çata bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
WSJ: Tramp Hörmüz boğazı bağlı qalsa belə müharibəni bitirməyə hazırdır
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycanda 3 lizinq şirkəti ləğv edilir
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
İrandan Hörmüz qərarı: Artıq keçid haqqı alınacaq!
İrandan Trampın Xark adası planına sərt cavab
Ağ Ev: İran danışıqlarda ABŞ-ın bəzi tələblərini qəbul edib
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub






















