Yeni yol tapılıb -sığorta haqqları daha tez ödəniləcək

2016-cı ildə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Sığorta Haqqlarının Nağdsız Ödənilməsi Barədə Qərar qəbul edilmişdir.
Nağdsız hesablaşmaların stimullaşdırılması istiqamətində səhmdarları tanınmış beynəlxalq maliyyə institutları olan AXA MBASK Sığorta Şirkəti və “Ziraat Bank Azərbaycan” ASC proseslərin avtomatlaşdırılması sahəsində əməkdaşlıq etməyə başlamışlar. Bu barədə "Marja"ya AXA MBASK Sığorta Şirkətindən bildirilib.
Belə ki, sığorta ödənişlərinin AXA MBASK tərəfindən toplu halda ödənilə bilməsi üçün “Ziraat Bank Azərbaycan” tərəfindən yeni həll yolu hazırlanmışdır. Yeniliyin tətbiqi üçün şirkətlərin sistemləri inteqrasiya edilmişdir. Ödənişlər elektron imzayla imzalanaraq bankın sisteminə toplu halda ötürülür və AXA MBASK şirkətindən daxil olan “Toplu Ödəniş” təlimatı ilə təqdim olunmuş ödəniş onlayn rejimdə “Ziraat Bank Azərbaycan” tərəfindən icra olunur. Təqdim olunmuş rekvizitlər üzrə sığorta ödənişləri müştəri sayından asılı olmayaraq toplu şəkildə həyata keçirilir.
“Toplu Ödəniş”-lərin həyata keçirilməsi sayəsində hər iki şirkət vaxt qənaəti qazanaraq müştərilərin sığorta haqqlarının daha tez ödənilməsi ilə müştəri məmnuniyyətini artıracaq,- Şirkətin məlumatında deyilir.
Qeyd etmək lazımdır ki, dünyada ən iri sığorta şirkətlərindən biri olan AXA Group 1992-ci ildən öz fəaliyyətini həyata keçirən və müstəqil Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biri olan MBASK Sığorta Şirkətinin səhmlərinin əhəmiyyətli qismini 2010-cu ildə əldə edərək AXA MBASK olaraq ölkəmizdə fəaliyyətə başlamışdır. Best Global Brands 2016 reytinqinin nəticələrinə görə AXA brendi ardıcıl olaraq 8-ci il dünyada bir nömrəli sığorta brendi seçilib. AXA 64 ölkədə fəaliyyət göstərir. Qrupun 166 000-dən artıq əməkdaşı və dünya üzrə 103 000 000 müştərisi var.
“Ziraat Bank Azərbaycan” Türkiyənin 153 illik tarixə malik ən dayanıqlı dövlət bankı olan “T.C. Ziraat Bankası” A.Ş.-nin 100%-lik səhmdarlığı ilə 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
Dünyanın 17 ölkəsində, 97 nöqtəsində fəaliyyət göstərən bank Azərbaycandakı fəaliyyətinin ilk dövründən korporativ yönlü fəaliyyətə başlayaraq Azərbaycanla Türkiyə və digər ölkələr arasında xarici ticarətin maliyyələşdirilməsi istiqamətində ciddi addımlar atmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 12 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
14 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
